VAKANSİYA

“Azərbaycan Sənaye Sığorta” işçi axtarır - VAKANSİYA
09 FEVRAL 2017
3279

“Azərbaycan Sənaye Sığorta” işçi axtarır - VAKANSİYA

2017-02-09 22:00:00

“Azərbaycan Sənaye Sığorta” sığorta sahəsində təcrübəli, sistem təkmilləşdirmə mütəxəssisi vakansiyasına iddialı olan namizədləri işə dəvət edir. Fins.az-ın məlumatına görə, ali təhsilli (İnformasiya texnologiyaları sahəsində), müvafiq sahədə ən azı 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 9-dur.

Tələb olunan xüsusiyyətlər:

• Ali təhsil (İnformasiya texnologiyaları sahəsində)
• Müvafiq sahədə ən azı 3 il təcrübə
• Proqramlaşdırma dilləri və verilənlər bazası, Cisco sistemi, 1C, İnsure.az proqramlarını mükəmməl səviyyədə bilməli; 
• TCP/İP, UDP, CDP, STP, İCMP, SNMP,FTP, SSH, Telnet ve s. Protokollarını bilməli 
• Dil bilikləri: ingilis dili, rus dili, türk dili
 
İş barədə məlumat:

• Backup və restore administrativ işlərinin idarə olunması

• 1 C programının idarə edilməsi, nasazlıqların zamanında aradan qaldırılması

• İnsure.az programının idarə edilməsi, nasazlıqların zamanında aradan qaldırılması

• Aktual məlumatın rezerv surətini yaratmaq, informasiya və analitik hesabatları hazırlamaq
• İş prosesində müvafiq ofis proqramlarından və RS bank proqramından istifadə etməkdə texniki yardım göstərmək və işçilərə təlimlər keçmək
• Server infrastrukturunun administrasiyası
• Şəbəkənin təhlükəsizliyini təmin etmək

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Sistem Təkmilləşdirmə Mütəxəssisi” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır