VAKANSİYA

“Nar” işçi axtarır – VAKANSİYA
10 YANVAR
4513

“Nar” işçi axtarır – VAKANSİYA

2017-01-10 21:00:00

 “Nar” pərakəndə satış üzrə mütəxəssis (Kürdəmir və Ağcabədi) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, satış sahəsində 2-3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi yanvar ayının 24-dür.

 Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır.

Əsas vəzifə və öhdəliklər:

• Diler mağazalarında nəzərdə tutulan materialların çeşidinə, ehtiyatına, xarici və daxili görünüşünə  nəzarət etmək
• Əvvəlcədən təyin olunmuş marşrut üzrə hər bir diler satış məntəqəsinə nəzarət etmək
• Diler mağazalarında Nar məhsullarının kampaniya və ya daimi şəkildə birbaşa satışını təşkil etmək
• Nəzarət etdiyi hər satış nöqtəsi üçün təyin olunmuş nömrə və modem satış hədəflərinə çatmasını dəstəkləmək 
• Diler Mağazaları üçün nəzərdə tutulan POSM (reklam materialları) paylanmasını, yerləşdirilməsini, mağazalarının vitrinlərinin səliqəli vəziyyətə salınmasını, bitmiş aksiyaların POSM-larının mağazadan çıxarılmasını və yenilər i ilə əvəz edilməsini təmin etmək
• Distribyutor tərəfindən yeni mağazalar kimi təklif olunan  satış nöqtələrinə nəzarət etmək, qəbul və təhvil-təslim aktlarını hazırlamaq, bağlı mağazalar haqqında məlumatı təqdim etmək
• Yeni diler satış məntəqələrində təmir prosesinə nəzarət və nəticələr haqqında məlumat vermək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Bütövlük
• Müştəri yönümlü 
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü 
• Davamlı təkmilləşmə  
• Satış bacarığı
• Ünsiyyət qurma bacarığı
• Azərbaycan (Mükəmməl), Rus (Mükəmməl) və İngilis (orta) dillərini bilmək
• MS Office proqramlarını bilmək

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali Təhsil
• Satış sahəsində 2-3 il iş təcrübəsi

Əlavə məlumat:

İş yeri Kürdəmir və Ağcabədi rayonlarında olacaqdır
Yalnız Kürdəmir, Ağcabədi və yaxın ərazilərdə yaşayan namizədlərin müraciətləri nəzərə alınacaqdır
İş qrafiki: tam ştat 
İş müddəti: daimi
Son müraciət tarixi:  24/01/2017

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.

Başlıqda Pərakəndə Satış üzrə Mütəxəssis (Kürdəmir və Ağcabədi) qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287