VAKANSİYA

“Azerenerji” işçilər axtarır – VAKANSİYA
09 YANVAR
6082

“Azerenerji” işçilər axtarır – VAKANSİYA

2017-01-09 21:00:00

“Azerenerji” müxətlif vəzifələrə işə qəbul elan edir. Fins.az-ın məlumatına görə, layihəçi ,memar, smeta üzrə mühəndis, mühəndis-konstruktor, planlama mühəndisi vəzifələrinə işçilər axtarılır. İşlə bağlı son müraciət tarixi  fevral ayının 8-dir.

  Layihəçi

İş barədə məlumat

- tikinti obyektlərində iş həcminin (qüsur aktlarının) hesablanması 
- layihələşdirmənin üsulları və texniki-iqtisadi hesabatının aparılması
- işin prinsipi, avadanlıq və konstruksiyanın quraşdırılma texnologiyası, materialın növ və xüsusiyyətlərini bilməli
- tikinti obyektlərin layihələşdirilməsi və istifadəsi üzrə metodik və normativ aktları bilməli 
- layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər idarəetmə materiallarını bilməli 
- layihələşdirmənin texniki üsullarını bilməli
- layihələşdirmə üzrə yerli və xarici təcrübəyə malik olmalı
- layihəşdiriləcək obyektlər üzrə texniki, iqtisadi və sosial tələbləri bilməli
- əməyin və istehsalatın təşkilini bilməli 
- layihə rəhbərinə işin təkminləşdirilməsi təkliflərini irəli sürmək 
- layihə rəhbərinə öz kompetensiyası daxilində iş prosesi zamanı meydana çıxan bütün çatışmamazlıqları və onların aradan qaldırma təkliflərini çatdırmaq

Namizədə tələblər

- Təhsili: ali texniki və ya inşaat 
- Dil bilgisi: azərbaycan, rus, ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək 
- Kompyuter biliyi: MS Office, İnternet, Outlook, AutoCAD, ArchiCAD 
- Kollektivdə işləmək bacarığı olmalı 
- Ünsiyyət qurma qabiliyyəti olmalı 
- Məsuliyyətli, diqqətli, ciddi olmalı və özünə qarşı tələbkar olmalı

Necə müraciət etməli:

•  İxtisaslı namizədlər öz CV anketlərini [email protected] göndərərək müraciət edə bilərlər.
• Mövzu hissəsinə “Layihəçi” qeyd olunmalıdır, əks halda müraciətlərə baxış imkanı texniki üsullarla məhdudlaşdırılacaqdır.
• Tövsiyyə olunan CV-anket formasını təqdim edirik http://tinyurl.com/zzp6npk .

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə yaradılacaqdır.

Memar

İş barədə məlumat

- Layihələndirilən obyektə dair sifariş tələblərini qəbul edir
- Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərini aparır
- İlkin eskizin/cizginin hazırlanmasını əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə təmin edir
- İlkin eskiz/cizgini Sifarişçi ilə müzakirə edir və razılaşdırır
- Yüksək keyfiyyətli üçölçülü təsvirləri (3D) hazırlayır
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan Layihə paketinin tərtib və hazırlanmasında bilavasitə iştirak edir
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətini təmin edir

Namizədə tələblər

- Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi, Memar)
- Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək
- Azərbaycan dilini yazılı və şifahi surətdə əla bilmək, ingilis və rus dillərini bilənlərə üstünlük verilir;
- AutoCAD, 3dMax (VRay) kompüter proqramlarını bilmək
- Əllə eskizləri çəkmək bacarığı
- Yüksək bədii səviyyədə üçölçülü təsvirləri (3D vizualizasiya) hazırlama bacarığı
- İşin vaxtında vəkeyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı
- Səyahətlərlə bağlı problem olmamalı.

Necə müraciət etməli:

• İxtisaslı namizədlər öz CV anketlərini [email protected] göndərərək müraciət edə bilərlər.
• Mövzu hissəsinə “Memar” qeyd olunmalıdır, əks halda müraciətlərə baxış imkanı texniki üsullarla məhdudlaşdırılacaqdır.
• Tövsiyyə olunan CV-anket formasını təqdim edirik http://tinyurl.com/zzp6npk .

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə yaradılacaqdır.

Smeta üzrə Mühəndis

İş barədə məlumat

- Cari və baza qiymətləri ilə smeta tərtib edilməsi 
- Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərinin həcmlərinin təhlili və hesablanması 
- Layihələri oxumaq və təhlil etmək 
- Faktiki yerinə yetirilən işlərin smeta sənədləri ilə müqayisə və təhlil etmək 
- Tikinti norma və qaydalarında nəzərdə tutulmayan yeni tikinti materialları sərfiyyatın normalarını hazırlamaq 
- Mühəndis-qrafik layihələri təhlil etmək və smeta tərtib etmək

Namizədə tələblər

- Qeyd olunan sahədə ən azı  5 (beş) il iş təcrübəsi 
- MS Office (Word, Excel), 1C Smeta +, Autocad proqramlarında işləməyi bacarmalı 
- Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli 
- Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli 
- Tikinti texnologiyasını bilməli 
- Tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli 
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı 
- Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı 
- Bütün görülən işlərə detallı şəkildə yanaşmalı

Necə müraciət etməli:

• İxtisaslı namizədlər öz CV anketlərini [email protected] göndərərək müraciət edə bilərlər.
• Mövzu hissəsinə “Smeta üzrə Mühəndis” qeyd olunmalıdır, əks halda müraciətlərə baxış imkanı texniki üsullarla məhdudlaşdırılacaqdır.
• Tövsiyyə olunan CV-anket formasını təqdim edirik http://tinyurl.com/zzp6npk .

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə yaradılacaqdır.

Mühəndis-konstruktor

İş barədə məlumat

- geoloji tapşırığa əsasən bünövrənin en kəsiyinin və qoyulma dərinliyinin təyin edilməsi
- texnoloji tapşırığa əsasən bina və qurğunun hesabı sxemininin seçilməsi
- sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablaması
- hesabatın nəticəsi əsasında iqtisadi cəhətdən sərfəli olan  bünövrənin, sütunların, rigellərin, tirlərin, tavanın, örtük konstruksiyalarının en kəsiyinin və materiallarının seçilməsi
- dəmir-beton, metal, ağac və plastik konstruksiya layihə cizgilərinin çəkilməsini təşkil edilməsi
- konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin tərtib edilməsi
- qəza vəziyyətində olan bina və qurğuların konstruksiya layihələrinin yerinə yetirilməsi
- təmir-tikinti işləri üçün layihə sənədlərinin hazırlaması
- tikinti işlərinə müəllif nəzarətinin həyata keçirməsi
- layihənin sifarişə əsasən və AR-da qüvvədə olan İnşaat Norma və Qaydalarına riayyət etməklə aparılnasl.
- gigienik sanitar normalar, yanğın normaları, təxliyyə planını nəzərə alınması.

Namizədə tələblər

- inşaat mühəndisliyi üzrə ali təhsil
- inşaat sektorunda ən az 3 il iş təcrübəsi
- layihələndirmə işlərini yerinə yetirilməsi üçün Lisenziya, zəlzələ üzrə Fövqəladə Hallar Nazirliyindən xüsusi vəsiqə
- MS Office, Autocad, Lira, Ideacad, Sap200 proqramlarında işləyə bilməli
- inşaat norma ve qaydalarını bilməli
- layihələşdirmənin metodlarını bilməli
- layihə işlərinin təşkili və planlaşdırılmasını bilməli
- işlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri bilməli
- tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməli
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli
- müəllif nəzarətini yerinə yetirə bilməli
- dəmir-beton , metal, ağac və plastik konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməli
- bünövrənin en kəsiyinin və qoyulma dərinliyinin təyin edə bilməli
- sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməli
- konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulmasını bilməlidir.

Necə müraciət etməli:

• İxtisaslı namizədlər öz CV anketlərini [email protected] göndərərək müraciət edə bilərlər.
• Mövzu hissəsinə “Mühəndis konsturktor” qeyd olunmalıdır, əks halda müraciətlərə baxış imkanı texniki üsullarla məhdudlaşdırılacaqdır.
• Tövsiyyə olunan CV-anket formasını təqdim edirik http://tinyurl.com/zzp6npk .

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə yaradılacaqdır. 

Planlama Mühəndisi

İş barədə məlumat

- Layihə üzrə görülən işlərin günlük, həftəlik, eləcədə dövri istehsal planının tərtib edilməsi və MS Project proqramına daxil edilməsi
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb lazımi instansiyalara ötürülməsi
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün istehsalat növbə rəisi ilə müzakirələr aparmaq
- Gecikən işlərin yenidən planlanması
- Bütün layihələrin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət
- Görülən işlərə dəyən ziyanın müəyyən edilməsi və aktların hazırlanması
- İstehsal və satışın balanslaşdırılması: ötən il, rüb və ay satışına nəzərən müvafiq olaraq növbəti il, rüb və aylıq istehsal proqnozununun verilməsi
- Təsdiqlənmiş plana əsasən nəzərdə tutulan istehsalın problemsiz və intensiv həyata keçirilməsi üçün xammal stokunun yaradılması və minimum stok nəzarəti
- Dövri olaraq İstehsalat növbə rəisi və Satış müdiri ilə toplantılar təşkil etmək, yaranmış problemləri təsbit etmək və həlli yollarının müzakirəsi
- Vəzifə təlimatında göstərilmiş digər öhdəliklərin yerinə yetirilməsi

Namizədə tələblər

- Texniki sahə üzrə ali təhsil
- Vəzifəyə uyğun sahədə ən az 3 (üç) il və artıq iş təcrübəsi olanlara üstünlük verilir
- Primavera P6, MS Office, MS Project və Autocad proqramları biliyi
- İngilis və Rus dillərində (ümümi və texniki sahədə) yaxşı biliyi olanlara üstünlük verilir.
- Problem həll etmə, qərar qəbuletmə qabiliyyəti, analitik düşünmə qabiliyyəti
- İşgüzar ünsiyyət bacarığı
- Komandada işləmə bacarığı

Necə müraciət etməli:

• İxtisaslı namizədlər öz CV anketlərini [email protected] göndərərək müraciət edə bilərlər
• Mövzu hissəsinə “Planlama Mühəndisi” qeyd olunmalıdır, əks halda müraciətlərə baxış imkanı texniki üsullarla məhdudlaşdırılacaqdır.
• Tövsiyyə olunan CV-anket formasını təqdim edirik http://tinyurl.com/zzp6npk .

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə yaradılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285