VAKANSİYA

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA
08 YANVAR
2465

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA

2017-01-08 22:00:00

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  korporativ işlər üzrə hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir. Fins.az-ın məlumatına görə, ali hüquq təhsilli, hüquq sahəsi üzrə azı bir il iş tcərübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi yanvar ayının 15-dir. 

Bu vəzifənin əsas məqsədi məhkəmə və mülki işlərin idarə edilməsi, təşkilat daxilində əməliyyatların hüquqi dəstəklənməsidir.

Əsas vəzifə öhdəlikləri:

  •   Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
  •   Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  •   Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  •   Kredit məhsullarının hüquqi ekspertizasını həyata keçirmək;
  •   Təşkilat daxilində qanunvericiliyin və korporativ aktlarin göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  •   Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq.
  •   Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi.
  •   Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir.
  •   Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
  •   Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
  •   Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
  •   Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
  •   Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.
  •   Birbaşa rəhbərin digər tapşırıqlarını icra edir.

Namizədə dair tələblər:

  •   Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
  •   Hüquq sahəsi üzrə azı bir il iş tcərübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
  •   Mülki, mülki-prosessual, ipoteka haqqında, həmçinin bank qanunvericiliyini mükkəməl bilmək;
  •   Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
  •   Regionlara səfər etmək imkanına malik olmaq;
  •   Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
  •   Təşkilat və onun missiyasına yüksək sadiqlik;
  •   Əla şəxsi keyfiyyətlər;
  •   Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Namizədlər öz tərcümeyi-hallarını  recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərlər

 Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7201
  • € EUR
    1.8654
  • ₽ RUB
    0.0302