VAKANSİYA

"Atəşgah Sığorta" işçi axtarır – VAKANSİYA
03 YANVAR
3312

"Atəşgah Sığorta" işçi axtarır – VAKANSİYA

2017-01-03 22:00:00

“Atəşgah Sığorta” partnyorluq satışları şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 22-32 yaşlarında ali təhsilli, Azərbaycan (əla) və rus (əla)dili bilikləri olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi yanvar ayının 22-dir.

İŞ PROFİLİ

Partnyorluq Satışları şöbəsinin Mütəxəssisi

Əsas vəzifə öhdəlikləri:

• Ciddi hesabat blanklarının təhvil-təslimi
• Yeni partnyorların cəlb olunması
• Sığorta haqqlarının toplanması və təhvili
• Hesabatların hazırlanması

Namizədə tələblər:

• Yaş: 22-32
• Cinsi: Kişi
• Təhsil: Ali
• İş təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla) , rus (əla)
• Kompyuter bilikləri: Excell, word

• Əlavə bilik və bacarıqlar: Ünsiyyət, inandırmaq bacarığı

• Üstünlük verilən keyfiyyətlər: Çalışqanlıq

İş şərtləri

• İş vaxtı: 9:00 - 18:00
• İş günü:5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı: 500 AZN + rüblük motivasiya
• Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur.

Maraqlananlar öz CV formalarını recruiting@ateshgah.com ünvanına göndərə bilər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7025
  • € EUR
    1.8566
  • ₽ RUB
    0.0299