VAKANSİYA

"Günay Sığorta" işçi axtarır – VAKANSİYA
31 DEKABR 2016
2920

"Günay Sığorta" işçi axtarır – VAKANSİYA

2016-12-31 22:00:00

"Günay Sığorta" hüquqşünas vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali hüquq təhsilli, hüquq üzrə minimum 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Namizədə tələblər:

- Hüquq üzrə ali təhsil;
- Hüquq üzrə minimum 1 il iş təcrübəsi; 
- Sığorta şirkətlərində təcrübəyə sahib olması arzuolunandır;
- Azərbaycan dilini mükəmməl səviyyədə, rus və ingilis dillərini isə orta səviyyədə bilməli;
- Hüququn ümumi nəzəriyyəsini, AR-nın Mülki Məcəlləsini (xüsusilə sığorta və korporativ hüquq daxil olmaqla), Mülki Prosessual Məcəlləsini, Sığorta Fəaliyyəti haqqında Qanunvericiliyi, Kargüzarlığın əsaslarını, səhmdar cəmiyyətlər haqqında qanunvericiliyi, korporativ hüquq sahəsini, inzibati sahəsində nəzəri və praktik biliklər və məhkəmə işlərinin aparılması qaydalarını, eləcə də digər normativ aktları bilməli;
- Mütəmadi olaraq ezamiyyətdə ola bilməlidir.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

-Rəhbərliyin tapşırığı əsasında şirkətin hüquq və qanuni maraqlarını məhkəmələrdə,fiziki və hüquqi şəxslər qarşısında müdafiə işinin aparılması.

-Şirkətin tərəf müqabilləri ilə bağlanan müqavilə layihələrinin hazırlanması,təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirmək

-Sığorta hadisələri üzrə sənədlərə rəylərin verilməsi;

-Sığorta hadisələri zamanı subroqasiyaların idarə olunmasını qanunvericiliyin tələbinə əsasən təmin edilməsi;

-Məhkəmə və digər hüquq mühafizə orqanlarına, hüquqi şəxslərə hüquqi işlər (məhkəmə işləri) üzrə müraciətlərin göndərilməsi.

 Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV və video CV-ni [email protected]ünvanına göndərsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287