VAKANSİYA

“Kapital Bank" işçi axtarır – VAKANSİYA
30 DEKABR 2016
2933

“Kapital Bank" işçi axtarır – VAKANSİYA

2016-12-30 22:00:00

Kapital Bank namizədləri Maliyyə İnstitutları ilə Əlaqələr üzrə Menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Fins.az-ın məlumatına görə, maliyyə və beynəlxalq münasibətlər istiqaməti üzrə ali təhsilli, maliyyə institutlari, müxbir bankçılıq və ya xəzinədarlıq sahəsində 2-3 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi yanvar ayının 31-dir.

Öhdəliklər

- Zona Mərkəzində xəzinənin fəaliyyətinə və inkassasiya işinə rəhbərlik etmək;

- Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflər vermək və xarici əməkdaşlığın qurulmasında bilavasitə iştirak etmək;

- Bank rəhbərliyinin göstərişi ilə xarici maliyyə təşkilatları ilə işgüzar səfərlərdə iştirak etmək;

- Yerli və xarici banklarla mövcud müxbir bank əlaqələrinin aktiv şəkildə idarə edilməsi;

- Bankın xarici valyuta ilə Nostro və Loro hesablarının açılması üçün zəruri sənədləşmə işinin təşkil edilməsi, daimi olaraq hesab üzrə sənədlərin yenilənməsinə nəzarəti həyata keçirmək;

- Müxbir banklar tərəfindən təklif olunan xidmətlərin tarifini, universallığını, əməliyyatların keyfiyyətini, etibarlılığını nəzərə alaraq beynəlxalq hesablaşmalar üçün müxbir bankların seçilməsi və bu banklarda kredit xətti limitlərinin təyin edilməsi barəsində təkliflər vermək;

- Bankda "Due Diligence"-in təşkili və aparılmasında iştirak etmək;

- Beynəlxalq maliyyə institutları və maliyyə təşkilatları tərəfindən xarici investisiyaların cəlbində iştirak etmək;

- Bankın müvafiq struktur bölmələrinə sorğu ünvanlamaq, onlardan tələb olunan zəruri məlumatları əldə etmək və təyinatı üzrə istifadə etmək    

Tələblər

- Maliyyə və beynəlxalq münasibətlər istiqaməti üzrə ali təhsil;

- Maliyyə İnstitutları, müxbir bankçılıq və ya xəzinədarlıq sahəsində 2-3 illik iş təcrübəsi;

- Məsuliyyətlilik, dəqiqlik və komanda tərkibində işləmək bacarığı;

- Azərbaycan, Rus və İngilis dilləri üzrə əla biliklər;

- MS Word, MS Excel, Outlook proqram

E- mail: [email protected]

Telefon 1: (012) 598-12-95

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285