VAKANSİYA

“Azərsığorta” işçi axtarır – VAKANSİYA
29 DEKABR 2016
2340

“Azərsığorta” işçi axtarır – VAKANSİYA

2016-12-29 21:00:00

“Azərsığorta” məsul aktuari vəzifəsinə işçi axtarır. Aktuari kimi 1 il sığorta sektorunda iş stajı olan, məsul aktuari vəzifəsi üçün qanunvericiliklə tələb olunan şəhadətnamə və sertifikatı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi yanvar ayının 15-dir.

Namizədə digər tələblər:
•Ali təhsilli olması;
•Riyazi və iqtisadi biliklərin olması;
•Sığorta qanunvericiliyini bilməsi;
•Aktuari kurslarını bitirməsi;
•müvafiq aktuari sertifikatının olması;
•Word, Excel və İnternetdə işləmə bacarığının olması;
•Azərbaycan dilini əla, rus dilini yaxşı, ingilis dilini yaxşı səviyyədə bilməsi.

Vəzifə və öhdəliklər:
•Sığorta ehtiyatlarını və sığorta tariflərini hesablamaq; 
•İqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqqlarının hesablanmasının əsaslarını müəyyən etmək;
•Statistik məlumatlara əsaslanaraq gələcək üçün proqnozlar vermək;
•İnvestisiya fəaliyyəti ilə bağlı məsləhətlər və tövsiyyələr vermək; 
•İllik, rüblük və aylıq hesabatların vaxtında verilməsini təmin etmək;
•Daxili prosedurlarla müəyyən edilmiş digər vəzifələri, həmçinin İH sədri tərəfindən ona həvalə edilmiş digər vəzifələri həyata keçirmək.

iş şərtləri:

• iş qrafiki: 09:00- 18:00
• iş günləri: 1-5 günlər
• iş yeri: Baş Ofis
• Əmək haqqı ştat cədvəlinə əsasən.

Namizədlər öz CV (tərcümeyi-hal) formasını [email protected]  ünvanına göndərə bilərlər.
əlaqə tel.:561-22-64

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285