VAKANSİYA

“PAŞA Holdinq” işçi axtarır – VAKANSİYA
28 DEKABR 2016
5054

“PAŞA Holdinq” işçi axtarır – VAKANSİYA

2016-12-28 22:00:00

 PAŞA Holdinq” Təlim və İnkişaf üzrə meneceri vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir. Fins.az-ın məlumatına görə, insan resurslarının idarəedilməsi üzrə və ya ona uyğun sahə üzrə ali təhsilli, təlim və inkişaf sahəsində minimum 5 il menecer olaraq iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi yanvar ayının 19-dur.

  İşin təsviri:

- Təlim planı daxilində yerli hədəf auditoriyaları üçün təlim ehtiyacları analizinin hazırlanması;

- Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;

- Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;

- Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsində dəstəyin göstərilməsi;

- Şirkətdaxili və xarici təlimlərin təşkil olunması;

- Menecerlər ilə müzakirələr və sorğu anketləri vasitəsi ilə təlim proqresinin monitorinq və təhlili;

- Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni təlim imkanlarının yaradılmasına dəstəyin verilməsi;

- Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsilə əməkdaşların işinə treyninqin verdiyi töfhənin qiymətləndirilməsi;

- Təlimlərin idarəedilməsi sisteminin (LMS) dəstəklənməsində yardım;

- Ehtiyac yarandıqda müxtəlif məsələlər ilə bağlı layihələrdə aktiv iştirak;

- Nəticələrin əldə edilməsi üçün qərarların qəbulu zamanı üsul və texnikanın seçilməsi, eyni zamanda qiymətləndirmə meyarlarının tətbiq edilməsi;

- Treyninq təchizatçıları ilə, departament direktorları ilə və s. ünsiyyət qurmaq;

- İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya strategiyasının qurulması.

Namizədə dair tələblər:

- İnsan resurslarının idarəedilməsi üzrə və ya ona uyğun sahə üzrə bakalavr dərəcəsi;

- Təlim və inkişaf sahəsində minimum 5 il menecer olaraq iş təcrübəsi tələb olunur;

- İR sahəsində kvalifikasiyanın olması üstünlükdür;

- Daxili treyninq mərkəzi konsepsiyasının anlayışı;

- Layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür;

- İnsanlarla bütün səviyyələrdə işləmək imkanı verən şəxsiyyətlərarası əlaqə bacarığı;

- Əməkdaşların aydın məlumatlandırılması və konsultasiya edilməsinə imkan verən yazılı və şifahi ünsiyyət qabiliyyəti;

- Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;

- Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı;

- Qoyulmuş tarixlərə və hədəflərə çatmaq üçün təşkilati və planlaşdırma bacarıqları.

- Müraciət etmə qaydaları:

- Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

CV [email protected]ünvanına göndərilməlidir;

Mövzu sətrində “Qrup üzrə Təlim və İnkişaf meneceri ” qeyd olunaraq göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlaya bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287