VAKANSİYA

“Dəmirbank” işçi axtarır – VAKANSİYA
01 DEKABR
2127

“Dəmirbank” işçi axtarır – VAKANSİYA

2016-12-01 22:00:00

 “Dəmirbank” marketinq departamentinə təcrübəçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli (marketinq və biznes sahəsi üzrə ali təhsil olanlara üstünlük verilir), azərbaycan və ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığına malik ola namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi dekabr ayının 10-dur.

Əsas vəzifə öhdəlikləri

- Reklam planlarının, kampaniyalarının və tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Reklam və İctimaiyyətlə Əlaqələr sahəsində kreativ reklam və dizayn ideyalarının hazırlanması və tətbiqi formalarını öyrənmək;
- Qəbul olunmuş marketinq araşdırmaları planına uyğun olaraq daim bazar araşdırmalarının aparılması, mövcud məhsul və xidmətlərin yeni bazarlarının, onların bazar qiymətlərinin və muştəri qruplarının müəyyənləşdirilməsi qaydaları ilə tanış olmaq;
- Rəqiblərin araşdırılması, onlar üzrə məlumat bazasının yaradılması və onun daim təkmilləşdirilməsi prosesi ilə tanış olmaq;
- Marketinq araşdırmaları layihəsinin işlənib hazırlanması və müvafiq təsdiqdən sonra yerinə yetirilməsi prosesində iştirak etmək.

Namizədə qarşı tələblər:

- Ali təhsil (marketinq və biznes sahəsi üzrə ali təhsil olanlara üstünlük verilir);
- Analitik təhlil qabiliyyəti olmalı;
- Azərbaycan və ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığına malik olmalı;
- Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının sahib olmalı;
- Məlumatlandırma, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığının malik olmalı;
- Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər  öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adı email-in mövzu hissəsində Marketinq Departamentinə təcrübəçi şəklində göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274