VAKANSİYA

“Atəşgah Sığorta” işçi axtarır – VAKANSİYA
01 DEKABR
2129

“Atəşgah Sığorta” işçi axtarır – VAKANSİYA

2016-12-01 21:00:00

“Atəşgah Sığorta” informasiya texnologiyalarının tətbiqi şöbəsinin aparıcı proqramçı vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali texniki təhsilli, proqramçı olaraq ən azı 2 illik iş təcrübəsi olan, NET texnologiyaları üzrə yüksək, HTML, CSS, JS, JQuery üzrə orta bilikləri olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 30-dur.

Vəzifə öhdəlikləri: Proqram təchizatı və məlumat bazasının tərtibatı və dəstəyi

Namizədə tələblər:

• Texniki sahə üzrə ali təhsil
• Proqramçı olaraq ən azı 2 illik iş təcrübəsi;
• .NET texnologiyaları üzrə yüksək biliklər(C#, ASP.NET MVC 4-5, WCF)
• HTML, CSS, JS, JQuery üzrə orta biliklər 
• SQL üzrə orta biliklər
• Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı, komanda tərkibində işləmə qabiliyyəti;

Dil bilikləri:

• Azərbaycan(yazılı və şifahi səlist ünsiyyət), 
• İngilis vəya rus dilindən ən az birini yazılı və şifahi səlist ünsiyyət

Vəzifələr:

• “TFS” sistemi üzərindən müraciətləri qəbul etmək, işləmək və müraciətlərin  həll prosesinə nəzarəti həyata keçirmək;
• Proqram təminatını yaratmaq;
• Proqram təminatında dəyişikliklər etmək;
• Proqram təminatında çıxan problemləri həll etmək;
• Proqram təminatında ilkin testləri aparmaq;
• Texniki sənədi təhlil etmək, yazmaq və ya  dəyişdirmək;
• Birbaşa rəhbərin verdiyi xidməti tapşırıqları, göstərişləri keyfiyyətli və vaxtında yerinə yetirmək.

İş şərtləri:

• Qrafik: 09:00-18:00
• İş günləri: 7/5
• İş yeri: Baş ofis
• Ə/H: müsahibə əsasında

Maraqlananlar öz CV formalarını recruiting@ateshgah.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır ) 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274