VAKANSİYA

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA
29 NOYABR
1912

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA

2016-11-29 22:00:00

“FINCA Azerbaijan” informasiya texnologiyalari üzrə infrastruktur administratoru vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə,informatika və ya mühəndislik sahəsində ali təhsilli, müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 18-dir.

Əsas vəzifə və öhdəlikləri:

- Bütün təşkilat üzrə serverlər, işçilərin desktopu/laptopu, şəbəkə infrastrukturu, səs avadanlıqları infrasturkturu, daxili şəbəkələr, əlavə avadanlıqlar, və elektrik naqilləri sistemi daxil olmaqla, elektron avadanlıqlar və proqram təminatı üzrə vəzifələri icra etmək;

- Xüsusi IT layihələri üçün biznesin və texniki tələblərin inkişaf etdirilməsinə rəhbərlik etmək;

- Funksional bölmələrdən təmin edilən məlumatlar əsasında “FINCA Azerbaijan” daxilində icra edilən bütün IT layihələrinin icrasının monitorinqini yerinə yetirmək;

- İnfrastruktur heyətini, nasazlıqların aradan qaldırılması işini və xidmətin keyfiyyətinin təmin edilməsini təmin etmək;

- İnfrastruktur, proqramlar məsələləri ilə bağlı yaranmış nasazlıqları aradan qaldırmaq, IT infrastrukturuna dair təhlillər yerinə yetirmək;

- Proqram təminatına dair lisenziyalaşdırma qanunlarına uyğunluğu təmin etmək.

Namizədə dair tələblər:

- İnformatika və ya Mühəndislik sahəsində Maqistr və ya Bakalavr dərəcəsi;

- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi

- Microsoft və Cisco texnologiyaları sahəsində yüksək bilik;

- MS server məhsullarına dair yüksək bilik;

- Microsoft və ya Cisco bilikləri üzrə sertifikat arzuolunandır;

- Serverlər, yaddaşlar və şəbəkələr daxil olmaqla IT avadanlıqları infrastrukturuna dair yüksək bilik;

- Azərbaycan, İngilis və Rus dillərini həm yazılı, həm də şifahi olaraq səlis bilmək tələb edilir;

- Serverlər, yaddaşlar, səbəkələşmə kimi IT infrastrukturuna dair bilik üstünlük hesab edilir;

- ITIL biliyi üstünklük hesab edilir;

Müraciət etmək istəyənlər öz CV formalarını recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№112/16) qeyd etməklə  göndərə bilərlər.

Yaxud aşağıda göstərilən ünvana təqdim edilə bilər.

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270