VAKANSİYA

“Günay Sığorta” işçi axtarır – VAKANSİYA
25 NOYABR
2205

“Günay Sığorta” işçi axtarır – VAKANSİYA

2016-11-25 21:00:00

“Günay Sığorta” aktuari vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, aktuari sertifikatı olan,  sığorta qanunvericiliyini bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 5-dir.

Namizədə tələblər:
•Ali t
əhsilli olması;
•Riyazi v
ə iqtisadi biliklərin olması;
•Sığorta qanunvericiliyini bilməsi;
•Aktuari kurslarını bitirməsi;
•Aktuari sertifikatının olması;
•Word, Excel və İnternetdə işləmə bacarığının olması;
•Azərbaycan dilini əla, rus dilini yaxşı, ingilis dilini yaxşı səviyyədə bilməsi.

Vəzifə və öhdəliklər:
•Sığorta ehtiyatlarını və sığorta tariflərini hesablamaq; 
•İqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqqlarının hesablanmasının əsaslarını müəyyən etmək;
•Statistik məlumatlara əsaslanaraq gələcək üçün proqnozlar vermək;
•İnvestisiya fəaliyyəti ilə bağlı məsləhətlər və tövsiyyələr vermək; 
•İllik, rüblük və aylıq hesabatların vaxtında verilməsini təmin etmək;
•Daxili prosedurlarla müəyyən edilmiş digər vəzifələri, həmçinin İH sədri, sahə rəhbəri tərəfindən ona həvalə edilmiş digər vəzifələri həyata keçirmək.

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV və video CV-ni hr@gunaysigorta.az ünvanına göndərsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272