VAKANSİYA

“Embafinans” işçi axtarır – VAKANSİYA
23 NOYABR
1909

“Embafinans” işçi axtarır – VAKANSİYA

2016-11-23 22:00:00

“Embafinans”informasiya texnologiyaları şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifələrinə işçi axtarır. Fins.az-ın məlumatına görə, informasiya texnologiyaları sahəsində orta-ixtisas və ya ali təhsilli, kompyuter və ofis avadanlığında nasazlığın araşdırılma və aradan qaldırılması təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 23-dür.

Əsas vəzifə öhdəlikləri:

• Sorğuların qəbul edilməsi, kənardan və ya filiallarda problemlərin həll edilməsi;
• Baş ofisə texniki dəstək;
• Yeni iş yerlərinin sazlanması;
• Təşkilatın Biznes tətbiqinin sadə administrasiyası;
• Sadə SQL və avtomatlaşdırma skriptlərinin yazılması;

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

• İnformasiya texnologiyaları sahəsində orta-ixtisas/ali təhsil;
• İstifadəçilər ilə iş, kompyuter sistemləri və şəbəkə avadanlığının dəstəyi;
• Kompyuter və ofis avadanlığında nasazlığın araşdırılma və aradan qaldırılması təcrübəsi;
• MS Windows üzərində serverlər ilə iş bacarığı;
• Mail, Proxy, backup, firewall ,antivirus xidmətlərinin quraşdırılması və sazlama bilikləri (təcrübə üstünlük qazandırır)
• Sadə SQL sorğu yazma bacarığı (DML) ;
• İT sənədlərinin tərtibi və rəsmiləşdirməsi;
• Avadanlığın satınalınmasına dəstək;
• İş prosesinin avtomatlaşdırma bacarığı (PowerShell/AutoIt və sair) ;
• Azərbaycan dili və Rus dili - əla, ingilis dili – texniki sənədləşməni anlama səviyyəsi;
• məsuliyyət, punktuallıq, dürüstlük;
• Cins – kişi
• Yaş – 20-27

- İş qrafiki: 6 günlük
- Mobil rabitə xərclərini qarşılanır;
- Şirkət hesabına nahar;

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  hr@embafinans.az ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272