VAKANSİYA

“Rabitəbank” işçi axtarır – VAKANSİYA
22 NOYABR
2499

“Rabitəbank” işçi axtarır – VAKANSİYA

2016-11-22 20:22:00

“Rabitəbank” maliyyə departamentinin “büdcə” şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali (Maliyyə, iqtisad sahəsi üzrə təhsili olanlara üstünlük verilir) təhsilli, bu və oxşar sahədə iş təcrübəsi  olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 21-dir.

Vəzifə üzrə əsas fəaliyyət:

- İllik büdcənin tərtibi prosesində iştirak edir və zəruri tədbirləri görür;

- Müvafiq strukturlardan yığılan məlumatların mütəmadi olaraq büdcə proqnozlarına uyğunluğunu yoxlayır;

- Bankın xüsusi proqram moduluna  müvafiq məlumatları yığır və onları mütəmadi olaraq təhlil edir;

- İnzibati xərclərə gündəlik nəzarət edir;

- Satınalmalara nəzarət edir, qiymət araşdırmasını həyata keçirir.

- Hesabatların hazırlanması üçün struktur rəhbərinə zəruri məlumatlar təqdim edir;

- Müxtəlif növ gündəlik və aylıq hesabları hazırlayır.

Namizədə olan tələblər:

- Təhsil : Ali (Maliyyə, iqtisad sahəsi üzrə təhsili olanlara üstünlük verilir);

- İş təcrübəsi: Bu və oxşar sahədə iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir;

- Xarici dil bilikləri: ingilis dili arzuolunandır;  

- MS Excell proqramını yüksək səviyyədə bilməli;

- İFRS üzrə baza bilikləri arzuolunandır.

- bRiyazi bilikləri və analitik düşüncəyə malik olmaq;

- Fərdi və komanda şəklində işləməyə bilmək.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.Məktubun mövzusunda iddia edilən vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275