VAKANSİYA

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA
21 NOYABR
1982

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA

2016-11-21 21:00:00

“FINCA Azerbaijan”   Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən və ya Xızı filiallarından biri üçün yalnız 1 vakansiya üzrə məhkəmə işləri üzrə hüquqşünas vəzifəsinə işçi axtarır.Bu vəzifənin əsas məqsədi məhkəmə və mülki işlərin idarə edilməsi, təşkilat daxilində əməliyyatların hüquqi dəstəklənməsidir. Fins.az-ın məlumatına görə, hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək) olan, hüquq sahəsi üzrə azı bir il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 26-dır.

Əsas vəzifə öhdəlikləri:

• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;

• Öz bacarıqları daxilində Problemli Kreditlər Şöbəsinin Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;

• Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;

• Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələr, şikayətlər, vəsatətlər və digər sənədləri hazırlamaq  və məhkəməyə təqdim etmək;

• Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;

• PKŞ Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.

Namizədə dair tələblər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);

• Hüquq sahəsi üzrə azı bir il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
• Mülki, mülki-prosessual, ipoteka haqqında, həmçinin bank qanunvericiliyini mükkəməl bilmək;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);

• Regionlara səfər etmək imkanına malik olmaq;
• MS Office proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı 26 Noyabr 2016-cı il tarixinədək recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№096/16) qeyd etməklə göndərə bilərsiniz.Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiniz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274