VAKANSİYA

“PASHA Bank” işçi axtarır – VAKANSİYA
21 NOYABR
3931

“PASHA Bank” işçi axtarır – VAKANSİYA

2016-11-21 20:00:00

“PASHA Bank” korporativ müştərilər üzrə əməliyyatçı vəzifəsi üçün işə qəbul elan edir. Fins.az-ın məlumatına görə, ali təhsilli, sözü gedən sahədə ən azı 2 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 28-dir.

 Filial daxilində korporativ müştərilərə yüksək xidmətin təqdim olunması üçün məsuliyyət daşıyır.

Vəzifə öhdəlikləri

• Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi
• Müştərilərin xidmət və məhsullara dair ehtiyaclarının müəyyən edilməsi. Onların tələblərinə yönəldilmiş məhsul çeşidlərinin təklif edilməsi və mövcud olan bütün əməliyyat xidmətlərinin göstərilməsi
• Müştərilərin sorğu və müraciətlərinin daxili prosedur və qaydalara uyğun operativ şəkildə icra olunması
• Müştəri və müştəriyə aid olan bütün məlumatlar və onun maliyyə məsələləri məxfiliyinin qorunması məqsədilə, bütün lazımi prosedurların dəqiqliklə icrası
• İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələbləri ilə üzləşdirilməsi, hər hansı mümkün olan riskli və şübhəli əməliyyatların aşkarlanması və aidiyyatı struktur bölmələrə yönəldilməsi
• Müştəri tapşırıqlarının daxili prosedur və qaydalara uyğun icra olunması

TƏLƏBLƏR

• Ali təhsilin olması;
• Azərbaycan, Rus və İngilis dillərindədə yüksək səviyyədə yazı və şifahi bacarıqların olması; 
• Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;
• Sözü gedən sahədə ən azı 2 illik iş təcrübəsinin olması;
• Məsuliyyətli və işində dəqiqlik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini recruitment@pashabank.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adı email-in mövzu hissəsində “Korporativ Müştərilər üzrə əməliyyatçı” şəklində göstərilməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270