VAKANSİYA

“Kapital Bank” işçi axtarır – VAKANSİYA
20 NOYABR
3711

“Kapital Bank” işçi axtarır – VAKANSİYA

2016-11-20 21:00:00

“Kapital Bank” Bakı, Şəmkir, Neftçala, Naftalan, Qaradağ (Lökbatan qəsəbəsi), Biləsuvar, Quba regionları üzrə müştəri əlaqələndiricisi vəzifəsinə  işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli,MS Office proqramları üzrə bilikləri olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Öhdəliklər

  1.       Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması
  2.       Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi
  3.       Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi
  4.       Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi

Tələblər

  1.       Ali təhsil
  2.       Səbirli, təmkinli, təzyiqə davamlı
  3.       Ünsiyyətqurma və izahetmə qabiliyyəti
  4.       Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı və Sumqayıt filialları üzrə)
  5.       MS Office proqramları üzrə biliklər
  6.       Əla ünsiyyət bacarıqları
  7.       Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

Mövzu hissəsində  müraciət edilən vəzifənin adı qeyd edilməklə CV-lər hkc@kapitalbank.az mail ünvanına göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272