VAKANSİYA

“Xalq Bank” işçi axtarır – VAKANSİYA
19 NOYABR
5217

“Xalq Bank” işçi axtarır – VAKANSİYA

2016-11-19 21:00:00

“Xalq Bank” informasiya texnologiyaları idarəsi “1C” proqramı üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, tələb olunan vəzifə üzrə ən azı 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. 

Əməkhaqqı: 850 AZN-dən başlayaraq

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Tələb olunan vəzifə üzrə ən azı 1 il iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
  • 1C proqramının 8. versiyasınının proqramlaşdırılmasını,proqram inzibatçılığını bilməli;

İş barədə məlumat:

  • 1C Müəssisə konfiqurasiyasının proqram təminatı və xidmətini həyata keçirmək;
  • Mövcud olan sənədlərin, hesabatların, mühasibatlıq, əməliyyat və idarəedici uçotun yenilənməsi;
  • Yeni sənədlərin və hesabatların hazırlanması;
  • 1C proqramında yaranan problemlərin aradan qaldırılması. 

Qeyd: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:
E - mail:    cv@xalqbank.az
Telefon:    (012) 404 43 39
Faks:        (012) 404 43 34 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275