VAKANSİYA

“Viza Kredit” işçi axtarır – VAKANSİYA
16 NOYABR
2043

“Viza Kredit” işçi axtarır – VAKANSİYA

2016-11-16 20:00:00

“Viza Kredit”  Şirvan filialına hüquq işçisi vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın məlumatına görə, ali hüquq təhsilli, Microsoft və ofis proqramlarını bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

- İddia ərizələrini hazırlayıb məhkəməyə göndərmək

- BOKT-u birinci instansiya və apellyasiya instansiya məhkəmələrində təmsil etmək.

- Zərurət yarandıqda Bakı şəhərindən kənar rayon məhkəmələrinə getmək və BOKT-u həmin məhkəmələrdə təmsil etmək.

- Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurları ilə əməkdaşlıq etmək.

- İcraaatda olan işlərin reyestrinin aparılması.

Əsas tələblər

- Ali hüquqi təhsil

- Microsoft və ofis proqramlarını bilmək

- Təşkilat və onun missiyasına yüksək sadiqlik

- Əla şəxsi keyfiyyətlər

- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri

Şəhər: Şirvan, 

İş saatı: 09:00-18:00 İş günləri: 1-5-ci günlər

Telefon: (070) 375-07-25, +994123750725

cv@vizakredit.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270