VAKANSİYA

“Dəmirbank” işçi axtarır – VAKANSİYA
11 NOYABR
2848

“Dəmirbank” işçi axtarır – VAKANSİYA

2016-11-11 21:00:00

“Dəmirbank” satış təmsilçisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, müvafiq sahədə 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 15-dir.

Vəzifə öhdəlikləri:

• Növbəli qrafik üzrə 18:00-00:00, 00:00-09:00 iş saatlarında çalışmaq;
• Cari hesab xidməti üzrə məsləhət və satışları həyata keçirmək;
• Təcili pul köçürmə sistemləri (o cümlədən “Şimşək” sistemi) üzrə müştərilərə məsləhət vermək və satışları həyata keçirmək;
• Plastik kartlar üzrə müştərilərə məsləhət vermək və satışları həyata keçirilmək;
• Bütün növ depozitlər üzrə müştərilərə məsləhət vermək və depozit məhsulunun satışını həyata keçirmək;
• Digər qeyri-kredit məhsul və xidmətləri üzrə müştərilərə məsləhət vermək və satışı həyata keçirmək;
• Müştərilərə hesablar üzrə məlumatlar vermək, müştərinin tələbi əsasında mövcud qayda və prosedurlara əsaslanaraq hesab əməliyyatları (mədaxil, məxaric, konvertasiya və s.) aparmaq;
• Müştərilərə kredit satışları zamanı onların hesab əməliyyatlarını aparmaq;
• Çarpaz satışları həyata keçirmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəyə malik olmalı;
• Azərbaycan və Rus dilini mükəmməl səviyyədə bilməli (Ingilis dilini bilənlərə üstünlük verilir);
• Düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Yüksək etik peşəkar və davranış keyfiyyətlərinə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2016-cı il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış Məsləhətçisi” şəklində göstərilməlidir.

Eləcə də bax: "Dəmirbank" rəhbərindən bankın vəziyyəti ilə bağlı - AÇIQLAMA

Eləcə də bax: Dəmirbank-ın müflis olma ehtimalı var

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272