VAKANSİYA

“Rabitəbank” işçi axtarır – VAKANSİYA
10 NOYABR
1735

“Rabitəbank” işçi axtarır – VAKANSİYA

2016-11-10 20:00:00

“Rabitəbank” kredit meneceri (Mikro, Qusar filialı) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə,ali təhsilli (Maliyyə və iqtisad sahələrə üstünlük verilir), azı 3 il mikro kreditlər sahəsində iş təcrübəsinin olan (Beynəlxalq mikro-maliyyə institutlarında iş təcrübəsi olanlara üstünlük verilir) namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 10-dur.

Vəzifə üzrə əsas fəaliyyət:

- Potensial müştərilərin banka cəlb olunması

- Müştəri və kredit portfelinin kəmiyyətinin hədəfə uyğun olmasının təmin edilməsi

- Kredit portfelinin idarə olunması və yüksək keyfiyyətinin təmin edilməsi

- Müştərilərə göstərilən  xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin verilməsi

- Xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması, satış prosesinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi

- Müştərinin ödəniş qabiliyyətinin təhlil edilməsi (lazım olduqda müştərilərlə şəxsən görüşməsi və onların fəaliyyət göstərdiyi yerlərə səfərlər edilməsi)

- Tabeçiliyində olan Kredit mütəxəssisləri tərəfindən aparılan biznes təhlillərinin və onların hazırladığı kredit memorandumlarının yoxlanılması

- Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması

- Gözlənilə bilən risklərin və problemlərin qarşısının alınması üçün  lazımı tədbirlərin həyata keçirilməsi

Namizədə olan tələblər:

- Ali təhsilin olması (Maliyyə və iqtisad sahələrə üstünlük verilir)

- Azı 3 il Mikro kreditləri sahəsində iş təcrübəsinin olması (Beynəlxalq mikro-maliyyə institutlarında iş təcrübəsi olanlara üstünlük verilir)

- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olması;

- Komandanın idarə edilməsində təcrübənin olması

- Liderlik keyfiyyətlərinə malik olması

- Yüksək təhlil etmə bacarıqları

- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları

- Təlim keçmə sahəsində  təcrübənin olması

- Satışın psixologiyası və prinsiplərini əla bilməsi

- Fərdi və komanda şəklində işləmək

- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.Məktubun mövzusunda vakant vəzifənın adı  mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272