VAKANSİYA

“TuranBank” işçi axtarır – VAKANSİYA
10 NOYABR
2745

“TuranBank” işçi axtarır – VAKANSİYA

2016-11-10 21:00:00

“TuranBank”  filial müdiri vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 27-40 yaşlarında, ali təhsilli (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə), filial müdiri kimi bank sektorunda ən azı 4 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 10-dur.

İş barədə məlumat

- Filiala verilmiş lisenziyaya uyğun bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək 
- Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək 
- Filiala etibar edilmiş maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək 
- Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və baş idarəyə vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq 
- Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatlar aparılması və onların bağlanılması işini təşkil etmək 
- Müştərilərə yüksək səviyyədə bank məhsulları və xidmətlərinin satışını təşkil etmək 
- Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək 
- Tabeliyində olan strukturların fəaliyyətini tənzimləmək və onların əsasnamə funksiyalarının yerinə yetirməsinə nəzarət etmək 
- Bilavasitə tabeliyində olan işçilər arasında vəzifə bölgüsü aparmaq 
- Filialın əsasnaməsindən və daxili qaydalardan irəli gələn digər bütün vəzifələrin icrasını təmin etmək 

Namizədə tələblər

- Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə) 
- Məsuliyyətli, ünsiyyətcil və etikalı olmalı 
- Müşahidə aparma və faktları müəyyən etmə bacarığı olmalı 
- Liderlik və komanda ilə işləmə, filial daxilində ona verilmiş səlahiyyət çərçivəsində qərar qəbul etmə qabiliyyəti olmalı 
- Filiala müştəri cəlb etmə bacarığı olmalı 
- Kredit portfelinə nəzarət etmə və idarəetmə qabiliyyəti olmalı 
- Mərkəzi Bankın və AMBN Palatasının bütün təlimatları haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olmalı
- Müştərilərlə işləmə və Müştərilərin/ Müəssisələrin maliyyə vəziyyətini analiz etmə qabiliyyəti olmalı 
- Yüksək darəcədə analitik, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti olmalı 
- Filialın işlərini planlaşdırma və problemləri yerində həll etmə bacarığı olmalı 
- Filial müdiri kimi bank sektorunda ən azı 4 illik iş təcrübəsi olmalı 
- Azərbaycan, rus dilində sərbəst danışmalı

Qeyd: Vakant yer Bakı və regionlar üzrə nəzərdə tutulub. CV göndərilərkən mövzu hissəsində vəzifənin adınının qeyd edilməsi mütləqdir.

Telefon: (012) 510-79-11

E-mail: cv@turanbank.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275