VAKANSİYA

“AG Bank” işçi axtarır – VAKANSİYA
09 NOYABR
2264

“AG Bank” işçi axtarır – VAKANSİYA

2016-11-09 21:00:00
 “Agbank” Ağdaş filialına məhkəmə və icra işləri departamentinə hüquqşünas vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə,  ali hüquq təhsilli, kompüter bilikləri əla səviyyədə, MS Office proqramlarında sərbəst işləmə bacarığı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 4-dür.

Tələblər:

  •          Hüquq sahəsi üzrə ali təhsil
  •          Kompüter bilikləri əla səviyyədə, MS Office proqramlarında sərbəst işləmə bacarığı
  •          Ünsiyyət qurma
  •          Çalışqan

Vəzifə öhdəlikləri:

  •          Müraciətlərin, sorğu və şikayətlərin hazırlanması
  •          Departament daxilində olan şöbələrlə koordinasiya olunmuş qaydada işləmək, rəhbərliyin göstərişlərini tam və vaxtında icrasını təmin etmək
  •          Departamentin icraatında olan işlərin hesabatı və rəhbərliyin göstərişi ilə digər hesabatların hazırlanması
  •          İcra məmurları ilə mütəmadi olaraq əlaqə saxlayıb, icraatda olan işlərin statusu ilə bağlı məlumat almaq
  •          Borclulara qarşı ödəniş məqsədi ilə məcburi İcra tədbirlərinin görülməsini təmin etmək, bununla bağlı icra məmuruna müştəri barədə zəruri məlumatları təqdim etmək
  •          Borclu müştərilərlə daim əlaqə saxlayıb onlarla müvafiq danışıqlar aparmaq
  •          Borcun ödətdirilməsi məqsədi ilə zəruri olan digər prossesləri həyata keçirmək və s.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-lər gulensi@agbank.az (Gülen İsgəndərova) elektron ünvanına göndərilməlidir.CV-lər göndərdikdə “subject” (mövzu) hissəsində müraciət edilən vakansiyanın adı  qeyd olunmalıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271