VAKANSİYA

“Kapital Bank” işçi axtarır – VAKANSİYA
09 NOYABR
3363

“Kapital Bank” işçi axtarır – VAKANSİYA

2016-11-09 20:00:00

“Kapital Bank” namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində C# üzrə Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.Fins.az-ın məlumatına görə, texniki sahədə tam ali təhsilli, sahə üzrə azı 1 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 8-dir.

Tələblər və öhdəliklər

- Texniki sahədə tam ali təhsil;

- Sahə üzrə azı 1 illik iş təcrübəsi;

- Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdimi bacarığı;

- OOP prinsipləri üzrə yaxşı səviyyədə biliklər;

- C# üzrə ASP.NET texnologiyaları və webservice, ODBC, XML üzrə yaxşı səviyyədə biliklər:

- Multihread proqramlaşdırma üzrə biliklərin olması arzu olunandır;

- WEB proqramlaşdırma və sessiyaların idarə edilməsi;

- VBİS ilə iş təcrübəsi:

- MS SQL Serverin 2008-dən aşağı olmayan versiyalarında, Oracle-nin 10g-dən aşağı olmayan versiyalarında;

- Optimal və yaxşı dokumentasiya olunmuş kodun yazılması;

- Öncədən yazılmış kodları təhlil etmək və onlarla işləmək bacarığı;

- Komanda tərkibində və fərdi işləmə bacarığı;

Dil bilikləri:

- Texniki təlimatları qavraya biləcək səviyyədə İngilis dili biliyi;

- Yaxşı səviyyədə Rus dili biliyi;

- VCS-lə işləmə bacarığı

Mövzu hissəsində “C# üzrə Proqramçı” qeyd etmələ CV-nizi hkc@kapitalbank.az mail ünvanına göndərə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275