VAKANSİYA

“Expressbank” işçi axtarır – VAKANSİYA
08 NOYABR
2963

“Expressbank” işçi axtarır – VAKANSİYA

2016-11-08 21:00:00

“Expressbank”  əməliyyat üzrə mütəxəssis (Bərdə şəhəri üzrə) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə,ali təhsilli, əməliyyat (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 1 ilə qədər iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 24-dür.

Tələblər:

- Ali təhsil; 
- Əməliyyat (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 1 ilə qədər iş təcrübəsi; 
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
- Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı. 

Vəzifə öhdəlikləri:

- Hüquqi və fiziki şəxslərə hesabların açılması ; 
- Müştərilərin ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi.

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub cv@expressbank.az ünvanına göndərə bilərsiniz. Yalnız Expressbank-ın CV forması, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərilməlidir. CV  göndərilərkən başlıq hissəsində (subject) vakant olan vəzifə qeyd  edilməlidir. Əks halda CV-lər qəbul edilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272