VAKANSİYA

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA
06 NOYABR
4570

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA

2016-11-06 21:00:00

PAŞA Sığorta” anderraytinq üzrə assistent vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli (hüquq və ya iqtisadiyyat istiqamətləri üzrə ali təhsili olanlara üstünlük verilir), kompyuter bilikləri Microsoft Office təminat proqramları paketi üzrə yüksək səviyyədə bilikləri olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Öhdəliklər:

  • Müvafiq sığorta növləri üzrə sığorta şərtlərinin təşkili və təkmilləşdirilməsi üzrə şöbə həmkarlarına yardımların göstərilməsi;
  • Birbaşa müdirin rəhbərliyi altında sənədləşmə bazasının yaradılması və tariflərin hesablanması;
  • Qeyri-standart risklərin sığortalanması zamanı Anderraytinq üzrə müdirin göstərişinə əsasən obyekt(lər)in qiymətləndirilməsində və sorğunun aparılmasında iştirak etmək, sığorta hadisəsinin baş verməsi ehtimalına təsir göstərə biləcək faktorları aşkar etmək və bu iş üzrə müvafiq hesabatların aparılması:
  • Müvafiq sığorta növləri üzrə sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi;
  • Bütün Anderraytinq sənədləri üzrə bazanın tərtib edilməsi və ona nəzarət edilməsi;
  • Sığorta şəhadətnamələri nüsxələrinin müştərilər tərəfindən qaytarılmasına nəzarət edilməsi;
  • Sənəd dövriyyəsi prosesində iştirak etmək: öncədən təyin edilmiş tariflərin, azadolmaların və sığorta şərtlərinin düzgünlüyünü, o cümlədən sığorta obyektinin lazımi səviyyədə dəyərləndirilməsini yoxlayaraq (ehtiyac olduqda müvafiq düzəlişlər edərək) və təsdiqləmə üçün anderraytinq üzrə mütəxəssislərə və şirkət rəhbərliyinə təqdim etməklə, gündəlik əsaslarla sığorta şəhadətnamələrinin buraxılması;
  • Strateji müştərilər tərəfindən sığorta haqqlarının ödənilməsinə nəzarət edilməsi və nəticələr barədə Departament rəhbərliyinə məruzə edilməsi;
  • Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.

Bilik və bacarıqlar:

  • Ali təhsil (hüquq və ya iqtisadiyyat istiqamətləri üzrə ali təhsili olanlara üstünlük verilir);
  • Kompyuter bilikləri Microsoft Office təminat proqramları paketi üzrə yüksək səviyyədə biliklərin olması;
  • Dil bilikləri – Azərbaycan və ingilis dillərinin mükəmməl, rus dilinin işlək səviyyədə olması.
  • Riyazi aparata, analitik və məntiqi düşüncəyə malik olması.

 Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275