VAKANSİYA

“Kapital Bank” işçi axtarır – VAKANSİYA
04 NOYABR
3444

“Kapital Bank” işçi axtarır – VAKANSİYA

2016-11-04 21:00:00

“Kapital Bank”  biznes proseslər üzrə analitik vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 22-30 yaşlarında İnformatika və riyazi sahədə ali təhsilli, müvafiq sahədə 3-5 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 9-dur.

İş barədə məlumat

- Biznes proseslərin təhlili və tələblərin müəyyənləşdirilməsi
- Biznes proseslərin xəritəsinin hazırlanması 
- Biznes proseslərin müəyyən edilməsi və tətbiqi 
- Mövcud biznes proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi 
- Biznes proses üzrə Texniki tapşırığın yazılması 

Namizədə tələblər

- İnformatika və riyazi sahədə ali təhsil 
- C# və PL SQL proqramlaşdırma dilləri üzrə biliklər 
- Bank sektorunda hesabatların tərtib edilməsi sahəsində iş təcrübəsi 
- Maliyyə sahəsində iş təcrübəsi 
- Kredit, əməliyyat və müştəri xidmətləri sahəsində iş təcrübəsi 
- Layihələr üzrə PMO bacarıqlarının olması 
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti 
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti 
- Fərdi və komanda ilə işləmək qabiliyyəti 
- MS Visio proqramı üzrə biliklər

Telefon(012) 598-12-95

E-mail  hkc@kapitalbank.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272