VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA
30 OKTYABR
3043

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA

2016-10-30 22:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatası böyük İT təhlükəsizlik mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli (Kompüter, İnformatika və Texniki ixtisaslar), analoji sahə üzrə ən azı 4 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.  

Namizədə dair tələblər:

– Ali təhsil (Kompüter, İnformatika və Texniki ixtisaslar)
– Analoji sahə üzrə ən azı 4 il iş təcrübəsi;
– İT sahəsində biliklər;
– İT qanunvericilik üzrə məlumatlılıq;
– Əməliyyat sistemləri üzrə biliklər,
– İnformasiya texnologiyaları sahəsində risklərin qiymətləndirilməsi bacarığı;
– Kollektivdə işləmə bacarığı;
– Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı, yüksək səviyyədə ingilis dili bacarığı;
–  Sistemlərin arxitekturasını mükəmməl bilməli;
– Şəbəkə avadanlıqlarının sazlanması bacarığı.

İşin təsviri:

– Palatanın informasiya sistemlərində informasiya təhlükəsizliyinin inzibatçılığını həyata keçirir;
– Sistemlərdə şifrələrin parametrlərinin sazlanmasını təmin edir;
– Yeni istifadəçilərin avtorizasiyasını, giriş hüquqlarında dəyişiklikləri, istifadəçi   hüquqlarının ləğv edilməsini həyata keçirir;
– Sistemlərdə informasiya təhlükəsizliyi vəziyyətinin monitorinqini həyata keçirir;
– Sistemlərin mühafizəsi məqsədilə informasiya sistemlərinin risklərini qiymətləndirir.

Qeyd:  E-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd edilməlidir.

Əlaqə vasitələri:

E – mail :  hr@fmsa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272