VAKANSİYA

"Melissa Group" işçi axtarır – VAKANSİYA
30 OKTYABR
3465

"Melissa Group" işçi axtarır – VAKANSİYA

2016-10-30 21:00:00

"Melissa Group" tikinti şirkəti marketinq menecer vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli (Marketinq sahəsində), minimum 3 il iş təcrübəsi(müvafiq sahə üzrə) olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 27-dir.

İstiqamət: "Melissa Residence" , "Melissa Nesimi" .

İş barədə

- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud projelər üzrə marketinq strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Bütün marketinq aktivliklərinin idarə olunması ve həyata keçirilməsi;
- PR aktivliklərin keçirilməsi və Reklam fəaliyyətinin təşkili;
- Kütləvi informasiya ve reklam vasitələri ilə əlaqələrin yaradılması;
- Bütün çap materiallarının sifarişi və nəzarətin həyata keçirilməsi;
- Reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi; 
- Rəhbərliyin digər tapşırıqlarını həyata keçirtmək və hesabatların hazırlanması.

Namizəd barədə tələblər

Ümumi tələblər
- Ali təhsil (Marketinq sahəsində)
- İş təcrübəsi: Minimum 3 il (müvafiq sahə üzrə)
- Yaş həddi 25-35

Bilik və təcrübə
- Dil bilikləri: Azərbaycan dili, rus dili əla səviyyədə, İngilis dili 
- Ms. Office proqramlarını yüksək səviyyədə 
- Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq
- Əmək haqqı – Namizədə görə dəyişir.

Cv-lər  hr@melissagroup.az ünvanına mövzu yerinə "Marketinq Menecer" yazılmaqla göndərilməlidir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275