VAKANSİYA

“Embafinans” işçi axtarır – VAKANSİYA
29 OKTYABR
2511

“Embafinans” işçi axtarır – VAKANSİYA

2016-10-29 21:00:00

“Embafinans” kredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssisi (Sabirabad) vəzifəsinə işçi qəbulu elan edir.Fins.az-ın məlumatına görə, ali təhsilli (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.), Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı olan namizədlər işlə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 19-dur.

 Əsas vəzifə və öhdəliklər:

• Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
• Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək

Tələb olunan keyfiyyətlər vəəsas bacarıqlar:

• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.)
• Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
• Azərbaycan dilində səlis danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
• Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
• Məsuliyyətli,təşəbbüskar,dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
• Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  hr@embafinans.az ünvanına göndərə bilərlər.Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya və region  qeyd edilməlidir.

İş qrafiki: 6 gün / saat 10.00-18.00 (şənbə 10.00-15.00)

Əmək haqqı (xalis)

• Kiçik mütəxəssislər: 300 AZN (net)+aylıq bonus*
*Aylıq bonus verilmiş kreditlərin məbləğinə və portfel qalığına görə hesblanır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271