VAKANSİYA

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA
28 OKTYABR
4199

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA

2016-10-28 22:00:00

“PAŞA Sığorta” daxili audit üzrə baş mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, maliyyə sahəsində ən azı 3 il, yaxud sığorta sektorunda ən azı 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 27-dir.

Vəzifə və Öhdəliklər:

• Daxili audit yoxlamasını “PAŞA Sığorta” ASC-nin Daxili Audit Təlimatına və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
• Risklərin qiymətləndirilməsi əsasında DAX-nin illik planının hazırlanmasında iştirak etmək;
• Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında DAX-nin rəhbərinə məruzə edilməsi;
• Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların biznes proseslərin rəhbərləri ilə razılaşdırılması;
• Bütün DAX yoxlama hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanması;
• DAX tövsiyələrinə cavab olaraq “PAŞA Sığorta” ASC-nin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin statusunun monitorinqi və hesabatının hazırlanması;
• “PAŞA Sığorta” ASC-nin, həmçinin onun struktur bölmələri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən mühasibat uçotu tələblərinə və sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət edilməsi;
• “PAŞA Sığorta” ASC-nin maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə ardıcıl, sistemli təhlilin və qiymətləndirmənin həyata keçirilməsi üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsinin həyata keçirilməsi;
• Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləkliyini yoxlanılması;
• Sığorta fəaliyyətinin və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət növlərinin qanunauyğunluğunun yoxlanılması; 
• Qəbul olunan qərarların, o cümlədən daxili və kənar yoxlamalar zamanı aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının icrasına nəzarət tədbirlərinin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi;
• Aktivlər və öhdəliklərin idarə edilməsi sisteminin səmərəliliyinin, o cümlədən potensial risklərin və sığorta müqavilələrinin portfelinin (məcmusunun) ümumilikdə, yaxud ayrı-ayrı sığorta növləri üzrə qiymətləndirilməsi;
• Sığorta agentlərinin və brokerlərin fəaliyyətinin qanunauyğunluğu və belə fəaliyyətlə bağlı mümkün olan risklərin idarəedilməsində qurulmuş nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
• DAX-nin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

• Maliyyə sahəsində ən azı 3 il, yaxud sığorta sektorunda ən azı 2 il iş təcrübəsi;
• Ali təhsil;
• Yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmaq;
• Daxili audit prosesi üzrə bacarıqlara malik olmaq;
• Müstəqilliyini qorumaq qabiliyyəti;
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı; 
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
• Audit rəyləri hazırlama və yazma bacarığı.

Müraciət edilən vəzifənin adı “mövzu” bölməsində qeyd edilməklə CV-lər  recruitment@pasha-insurance.az ünvanına göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275