VAKANSİYA

“NAR” işçi axtarır – VAKANSİYA
27 OKTYABR
4571

“NAR” işçi axtarır – VAKANSİYA

2016-10-27 22:00:00

“NAR” mobil operatoru korporativ satiş üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, 2-3 il korporativ satış sahəsində təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 9-dur.

Əsas vəzifə və öhdəliklər:

• Yeni müştərilərin axtarışı, onlarla münasibətlərin inkişafı və müqavilə imzalanması ilə biznesin və gəlirin artımı üçün cəvabdeh olmaq  
• Əsas ƏSG göstəricilərinin uğurlu icrası vasitəsilə Korporativ Satış Hədəflərinə çatmaq üçün aylıq fərdi məqsədlərə nail olmaq (rəhbərlik tərəfindən müəyyən edilməlidir) 
• Potensial korporativ  müştərilər və onlarla  əlaqə vasitələrinin təyin olunması, onların cəlb olunması yolları ilə bağlı həftəlik planların hazırlanması 
• Nar-ın  bütün məhsulları və xidmətləri haqqında ətraflı biliklərə əsaslanaraq səfərlər, zənglər və elektron məktublar yolu vasitəsilə mövcud müştərilərə satışın artırılması məqsədi ilə təkliflər etmək
• CRM-in bütün məlumat bazasına nəzarət etmək
• Müqavilələrin tərtibatı, nömrələrin proqlamlaşdırılması və qeydiyyatı daxil olmaqla hər bir korporativ satış prosesini ilk mərhələsindən sona çatdırılmasına kimi idarə etmək 
• Korporativ satış fəaliyyətinin  və hesablarına dair müntəzəm və  xüsusi hesabatının hazırlanması
• Bölümün Strateji və Əməliyyat Planında qeyd olunan və fərdi əməliyyat planlarında əks olunan bütün tapşırıqların yerinə yetirilməsi təşəbbüsünü öz üzərinə götürmək
• Təhlil olunmuş məlumata və intuisiyaya əsaslanaraq  Marketinq, Texniki,  İT və Azərtelekomla  birlikdə yeni korporativ xidmətlərin, tariflərin və məhsullarin   hazırlanması

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Bütövlük
• Müştəri yönümlü 
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü 
• Davamlı təkmilləşmə  
• Satış bacarığı
• Ünsiyyət qurma bacarığı
• Azərbaycan (Mükəmməl), Rus (Mükəmməl) və İngilis (orta) dillərini bilmək  
• MS Office proqramlarını bilmək

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali Təhsil
• 2-3 il Korporativ Satış sahəsində təcrübə üstünlük hesab olunur

Əlavə məlumat:

İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi:  09/11/2016

Müraciətlər hr@azerfon.az elektron ünvanına göndərilməlidir.Başlıqda Korporativ Satış üzrə Mütəxəssis  qeyd olunmalıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275