VAKANSİYA

“Rəvan Sığorta” işçi axtarır – VAKANSİYA
27 OKTYABR
1914

“Rəvan Sığorta” işçi axtarır – VAKANSİYA

2016-10-27 21:00:00

“Rəvan Sığorta”  mühasib-xəzinədar vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 25-35 yaşlarındamühasibat uçotu, maliyyə, iqtisadiyyat üzrə ali təhsilli, maliyyə-mühasib, xəzinədar işi üzrə 1 ildən az olmayaraq  iş stajı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 26-dır.

Vəzifələri

1. Şirkət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
2. Pul vəsaitlərinin və qiymətli kağızların qəbulu, uçotu və saxlanılması üzrə əməliyyatların aparılması;
3. İşçilərə əmək haqqı, mükafatların verilməsi, ezamiyyət və sair xərclərin ödənilməsi;
4. Xəzinə hesabatlarını işləyib hazırlamanması;
5. Nəğd vəsaitlərlə işin təşkili və kassa sənədlərin hazırlanması.

Vəzifə tələbləri

1. Mühasibat uçotu, maliyyə, iqtisadiyyat üzrə ali ixtisas təhsili,
2. Maliyyə-mühasib, xəzinədar işi üzrə 1 ildən az olmayaraq  iş stajı
3. Yaş həddi: 25-35
4. “Microsoft offise” proqramlarını bilməli
5.  İngilis, Rus dillərini bilənlərə üstünlük verilir.

Email: mehtiyeva.n@revansigorta.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275