VAKANSİYA

“Dəmirbank” işçi axtarır – VAKANSİYA
25 OKTYABR
2520

“Dəmirbank” işçi axtarır – VAKANSİYA

2016-10-25 21:00:00

Dəmirbank” problemli aktivlərin idarə olunmasi və hüquqi tənzimlənməsi departamentinin məhkəmə orqanları ilə iş şöbəsinə Ağdaş regionu üzrə hüquqşünas vəzifəsinə işəqəbul elan edir. Fins.az-ın məlumatına görə, ali hüquqi təhsilli, müvafiq sahədə 1 ildən çox iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 31-dir.

Vəzifə öhdəlikləri:

• Bankın mənafeyini dövlət orqanları idarələrində qorumaq və müdafiə etmək;
• Problemli kreditlər üzrə məhkəmələrə iddialar və banka qarşı qaldırılmış iddialara etiraz məktubları hazırlamaq və qanuna müvafiq olaraq məhkəmələrdə Bankı  təmsil etmək;
• Problemli kreditlərin məhkəmədən kənar həlli üzrə müvafiq tədbirlər görmək, problemli kredit müştəriləri ilə əlaqə saxlamaq, borcların danışıqlar yolu ilə qaytarılmasına çalışmaq;
• Kreditlərin  qanunvericiliyə müvafiq qaydada qaytarılması sahəsində, o cümlədən məhkəmələrə iddialar, etirazlar, şikayətlər verilməsi barədə  təkliflər hazırlamaq.

Namizədə dair  tələblər:

• Ali hüquqi təhsil (magistr dərəcəsinin olması arzuolunandır);
• Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Məxfilik, diqqətlilik, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarına sahib olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adıemail-in mövzu hissəsində “Ağdaş regionu üzrə məhkəmə oqranları ilə iş şöbəsinə - hüquqşünas” şəklində göstərilməlidir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270