VAKANSİYA

“AccessBank” işçi axtarır – VAKANSİYA
24 OKTYABR
2872

“AccessBank” işçi axtarır – VAKANSİYA

2016-10-24 21:00:00

“AccessBank”  IFRS üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Bankdan fins.az-a verilən məlumata görə, Maliyyə / mühasibatlıq və ya digər müvafiq ixtisasa malik olan, yaxşı Beynəlxalq Maliyyə Hesabatları Standartları (İFRS) bilikləri olan və Mühasibatlıq / audit sahəsində ən azı 2 illik iş təcrübəsi (bank sahəsində iş təcrübəsinə üstünlük verilir) olan namizəldər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 25-dir.

Namizədə dair tələblər:

  • Maliyyə / mühasibatlıq və ya digər müvafiq ixtisasa malik olmaq;
  • Yaxşı Beynəlxalq Maliyyə Hesabatları Standartları (İFRS) bilikləri;
  • Mühasibatlıq / audit sahəsində ən azı 2 illik iş təcrübəsi (bank sahəsində iş təcrübəsinə üstünlük verilir);
  • Azərbaycan, ingilis və rus dillərini işgüzar səviyyədə yaxşı bilmək;
  • Microsoft Office sahəsində (Excel, Word, PowerPointvə s.) yaxşı işgüzar vərdişlər, SQLbiliyinə üstünlük verilir;
  • Mükəmməl təşkilati vərdişlər və çoxsaylı prioritetləri idarə etmək bacarığı;
  • Müxtəlif səviyyələrdə ünsiyyət saxlamaq bacarığı;
  • Fəallıq, minimal göstərişlər əsasında effektiv hərəkət etmək bacarığı;
  • Prosesləri yoxlamaq, təkmilləşmiş metod və layihələri reallaşdırmaq;
  • Mürəkkəb işgüzar məsələlərin həlli yollarını axtarmaq bacarığı.

Vəzifə öhdəlikləri:

  • Aylıq, rüblük, (yarım)illik balans hesabatlarının, mənfəət və zərər haqqında hesabatların və pul vəsaitlərinin hərəkəti haqqında hesabatların hazırlanması
  • İFRS üzrə yarımillik və illik maliyyə hesabatlarına dair qeydlərin hazırlanması
  • Maliyyə hesabatlarının təhlili / auditi zamanı kənar auditorların koordinasiyası
  • Maliyyə məlumatlarının təhlili və rəhbərlik üçün hesabatların hazırlanması
  • Bölmələrin zəruri maliyyə və qeyri-maliyyə göstəriciləri və məlumatları ilə təmin olunması
  • Seçim əsasında: məhsulun maya dəyərinin hesablanması və filialın mənfəətliliyinin təhlili

 

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271