VAKANSİYA

“Bank BTB” işçi axtarır – VAKANSİYA
21 OKTYABR
2779

“Bank BTB” işçi axtarır – VAKANSİYA

2016-10-21 21:00:00

“Bank BTB” Müştəri xidmətləri departamenti, Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.Fins.az-ın məlumatına görə, Azərbaycan, rus dillərini bilən, gərgin əmək şəraitində işləmək qabiliyyəti olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 15-dir.

İş barədə məlumat:

- Bank “BTB” ASC-nin mövcud tariflərinə  əsasən bütün növ bank məhsul və xidmətlərinin  satışını  təşkil etmək;

- Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;

- Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları  bağlamaq;

- Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;

- Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;

- Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Plastik Kartlar şöbəsinə təqdim etmək;

- Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;

- Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

    Namizədə tələblər:

- Vahid komandada işləmək qabiliyyəti;

- Azərbaycan, rus dillərini bilmək;

- Gərgin əmək şəraitində işləmək qabiliyyəti;

- Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@btb.az elektron ünvanına göndərə bilərlər.Müraciət edilən vəzifənin adı email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi) göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270