VAKANSİYA

“Azersun Holding” işçi axtarır – VAKANSİYA
20 OKTYABR
4268

“Azersun Holding” işçi axtarır – VAKANSİYA

2016-10-20 21:00:00

“Azersun Holding” aqronom (Kürdəmir rayonu) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə,kənd təsərrüfatı üzrə ali təhsilli, aqronom kimi ən azı 1 illik təcrübəyə malik olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 20-dir.

İş haqqında məlumat:

- Əkiləcək bitkilərin veqetasiya inkişafi dövründə suvarma diaqramını müəyyən etmək və diaqrama uygun həyata keçirmək;
- Ərazidə olan alaq otlarına, xəstəlik və zərər vericilərə qarşı kimyavi mübarizə aparmaq
- Bitkilərin normativə uygun seyrəldilməsini təşkil etmək;
- Veqetasiya suvarmaların vaxt və normasını təyin etmək;
- Müşahidə olunacaq zərər vericiləri və xəstəlikləri təyin etmək;
- Kimyavi mübarizələrin aparılma vaxtı və istifadə olunan işçi məhlulun miqdarını təyin etmək;
- Ərazilərdə şum, reyper, mala, səpin, kultivasiya və suvarmaların aparılmasını təşkil etmək;
- Bitkilərin əkinində Aqro texniki tədbirlərin keyfiyətli aparımasını təmin etmək;
- Məhsul toplanmasında verilən normaya uygun məhsul göndərilməsini təmin etmək.

Namizədə aid tələblər:

- Kənd təşərrüfatı üzrə ali təhsil almış olmalı;
- Aqronom kimi ən azı 1 illik təcrübəyə sahib olmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Aqronom”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275