VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçilər axtarır – VAKANSİYA
19 OKTYABR
4036

Maliyyə Bazarlarına Nəzarət Palatası işçilər axtarır – VAKANSİYA

2016-10-19 21:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatası  bank fəaliyyətinə nəzarət departamentinin xarici nəzarət idarəsinin böyük analitiki,idarə rəisi,prudensial siyasət və metodologiya idarəsi– analitik (sığorta sahəsi üzrə), təminat və satınalmalar sektorunun aparıcı mütəxəssisi, təlim üzrə menecer,sığorta bazarına nəzarət departamentinin aparıcı/böyük auditoru vəzifələrinə işçilər axtarır.İşlə bağlı son müraciət tarixi noyabr ayının 18-dir.

Bank fəaliyyətinə nəzarət departamentinin xarici nəzarət idarəsinin böyük analitiki/idarə rəisi

Namizədə dair tələblər:

- Ali təhsil (İqtisadiyyat və maliyyə üzrə);
-  Maliyyə sektorunda 3-5 il iş təcrübəsi;
- Maliyyə hesabatları ilə işləmək və maliyyə analizi aparma, təhlil etmə bacarığı;
- Bank qanunvericiliyi üzrə biliklər;
- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

- Bank sisteminin dövrü analizini həyata keçirir;
- Nəzarətində olan bankların fəaliyyətini, maliyyə vəziyyətini təhlil edir və risklərə nəzarət edir;
- Bank nümayəndələri ilə mütəmadi əlaqə saxlayır və görüşlər təşkil edir;
- Banklardan prudensial və digər tipli hesabatlar və məlumatların əldə edilməsini təmin edir;
- Lisenziya almaq üçün müraciət etmiş bankların biznes planlarında rəy hazırlayır və tələb olunan sənədlər toplusunun araşdırılmasında iştirak edir.

Qeyd:

Zəhmət olmasa, e-mailin "Subject" qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Prudensial siyasət və metodologiya idarəsi – Analitik (sığorta sahəsi üzrə)

Namizədə dair tələblər:

• Ali təhsil (İqtisadiyyat üzrə);
• Analoji sahə üzrə ən azı  2 il iş təcrübəsi;
• Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasına dəstək verir;
• Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq sığorta təşkilatlarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
•  Sığorta sisteminin maliyyə sabitliyinə və dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq müəyyənləşdirir və təhlil edir;
•  Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
•  Sığorta sektorundan daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;

Qeyd:

Zəhmət olmasa, e-mailin "Subject" qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Prudensial siyasət və metodologiya idarəsi – Analitik (Kapital bazarları üzrə)

Namizədə dair tələblər:

•  Ali təhsil (İqtisadiyyat üzrə);
•  Anoloji sahə üzrə ən azı 2 il iş təcrübəsi;
•  Analitik düşüncə və  riyazi hesablama aparmaq qabiliyyəti;
•  İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
•  Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
•  İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
•  İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
•  İT resursları və ofis proqramları ilə işləmək bacarığı.
• Maliyyə analizi və investisiya sahəsi üzrə beynəlxalq peşəkar kvalifikasiyalı sertifikatkarın  olması arzuolunandır.

İşin təsviri:

• Kapital bazarlarının tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasında iştirak edir;
•  Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq kapital bazarı iştirakçılarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
•  Kapital bazarının iştirakçılarının dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq qiymətləndirir;
•  Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
•  Kapital bazarı iştirakçılarından daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;

Qeyd:

Zəhmət olmasa, e-mailin "Subject" qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Təminat və satınalmalar sektorunun aparıcı Mütəxəssisi

Namizədə dair tələblər:

•  Ali təhsil (İqtisadiyyat, Maliyyə, Beynəlxalq münasibətlər);
• Analoji sahə üzrə 3 il iş təcrübəsi;
• Protokol işi sahəsində biliklər;
• Beynəlxalq və yerli səviyyədə yazışmaların aparılması bacarığı;
• İntensiv rejimdə və komandada işləmək bacarığı;
• Təqdimat və ünsiyyət bacarığı;
• Səlis Azərbaycan, yüksək səviyyədə ingilis və rus dili bilikləri;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Təminat və satınalmalar üzrə bazarı təhlil edir, potensial iddiaçıları araşdırır;
• İddiaçılardan gələn təklifləri araşdırır və təhlil edir;
• Bağlanmış satınalma müqavilələrinin şərtlərinə əməl olunmasına nəzarət edir;
• Palatanın struktur bölmələrinin fəaliyyətinə lazım olan  maddi ehtiyatların, hesablama texnikası və onların ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının təchizatına nəzarət edir;

Qeyd:

Zəhmət olmasa, e-mailin "Subject" qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Təlim üzrə Menecer

Namizədə dair tələblər:

- Ali təhsil  (humanitar/iqtisadi )
- Analoji sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
- Ənənəvi və müasir təlim metodları ilə tanışlıq;
- Yüksək səviyyədə ünsiyyət bacarığı;
- İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis və rus dili bacarığı;
- MS Office proqramları.

İşin təsviri:

- Təlim üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsi;
- Təlim mərkəzləri ilə əməkdaşlıq işinin qurulması;
- Təlim prosedurlarının hazırlanmasında iştirak;
- Əməkdaşların daxili təlim ehtiyaclarının müəyyən olunması və təlimləndirilməsi işinin təşkilinda iştirak;
- Təlim və maarifləndirmə sahəsində ən son yeniliklərin, ən yaxşı təcrübələrin öyrənilməsi tətbiqi üzrə təkliflərin işlənib hazırlanması.

Qeyd:

Zəhmət olmasa, e-mailin "Subject" qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Sığorta bazarına nəzarət departamentinin aparıcı/böyük Auditoru

Namizədə dair tələblər:

- Ali təhsil (İqtisadiyyat, audit, mühasibat uçotu və aktuari hesablamaları üzrə);
- Analoji sahə üzrə 3 il iş təcrübəsi (beynəxalq audit şirkətlərində iş təcrübəsinə üstünlük verilir);
- 1C proqram təminatı ilə iş təcrübəsi olanlara üstünlük verilir;
- Vergi qanunvericiliyi üzrə biliklər
- Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə biliklər
- Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
- Səlis Azərbaycan və ingilis dili bilikləri;
- İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- Yeni nəzəri və praktiki bilikləri mənimsəmək qabiliyyəti;
- Sığorta Sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
- İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

- Sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri üzrə yoxlamaların təşkili;
- Yoxlamaların nəticələrinə dair hesabatların, aktların və audit nəticələrinin hazırlanması;
- İş zərurəti ilə əlaqədar xidməti ezamiyyətə göndərilmə.

Qeyd:

Zəhmət olmasa, e-mailin "Subject" qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275