VAKANSİYA

“Embafinans” işçi axtarır – VAKANSİYA
17 OKTYABR
2175

“Embafinans” işçi axtarır – VAKANSİYA

2016-10-17 22:00:00

“Embafinans”hüquq şöbəsinin hüquqşünası vakansiyasını işçi qəbulu elan edir.Fins.az-ın məlumatına görə, ali  hüquq təhsilli,müvafiq sahədə 1 il iş təcrübəsi olan qadın namizədlər işlə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 16-dır.

Əsas vəzifə və öhdəliklər:

(Qadın)

- Cəmiyyətlə əlaqəsi olan işlər üzrə şöbədaxili statistikanın aparılmasını təşkil edir və bu barədə tabe olduğu vəzifəli şəxsi məlumatlandırır;
- Şöbəyə daxil olmuş işlərin məhkəməyə hazırlanması, yekun qərar qəbul edilənədək işə nəzarət edilməsi, şöbəyə daxil olmuş və şöbədən çıxan sənədlərin qeydiyyatının aparılması, məhkəmə qərarı qəbul edilməmiş işlərin şöbədə dövriyyəsinin təşkil edilməsi, işi məhkəməyə verməzdən əvvəl müştərilərlə əlaqə saxlamaq; 
- Problemli kreditlərin həll olunmasında Problemli Kreditlərlərin idarə edilməsi şöbəsinə hüquqi yardım edir;
- Qüvvəyə minmiş məhkəmə aktları üzrə, şöbənin icra işləri ilə məşğul olan əməkdaşlarına yardım etmək, şirkəti məhkəmələrdə təmsil etmək, müştərilərlə daim əlaqə saxlamaq;

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

- ali  hüquq təhsili;
- İş təcrübəsi ; ən azı 1 il 
- dəqiqlik və ehtiyatlılıq;
- komanda ilə işləmək bacarıqları;
- MS Office proqramlarında mükəmməl istifadə bacarığı;
- Vakansiya üzrə yalnız qadın namizədlərin müraciəti qəbul olunur;
- Yaş həddi 22-30

İş qrafiki: 5 gün / saat 09.00-18.00

Əmək haqqı
• Hüquqşünas: 657 manat (AZN)

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  hr@embafinans.az ünvanına göndərə bilərlər. Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272