VAKANSİYA

“Vijn Fond AzərKredit” işçi axtarır – VAKANSİYA
16 OKTYABR
1049

“Vijn Fond AzərKredit” işçi axtarır – VAKANSİYA

2016-10-16 21:00:00

“Vijn Fond AzərKredit”  hüquqşünas (Horadiz, Bala Bəhmənli, Beyləqan, İmişli, Sabirabad, Saatlı, Zərdab) vəzifəsinə işçi qəbulunu elan edir. İş yeri uğurlu namizədin yaşayış yerindən asılı olaraq AzərKredit təşkilatının Horadiz, Bala Bəhmənli, Beyləqan, İmişli, Sabirabad, Saatlı, Zərdab filiallarında olacaq. Fins.az-ın məlumatına görə, ali hüquq təhsilli təhsilli(magistr dərəcəsi olanlara üstünlük veriləcək), hüquqşünas vəzifəsindəən azı 2 illik iş təcrübəsi namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 31-dir.

 Əsas vəzifə və öhdəlikləri:

• Departament Direktorunun ümumi nəzarəti və rəhbərliyi altında, əməkdaşlar arasında aparılmış iş bölgüsünə müvafiq olaraq, Azərkreditin daxili hüquqi təminat, ekspertiza və təhlil işinin aparmaq;
• Departament Direktorunun tapşırığı əsasında AzərKreditin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə etmək;
• Tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin və digər sənədlərin hüquqi ekspertizasının həyata keçirimək;
• Departament Direktorunun tapşırığı əsasında İşəgötürənin filial və nümayəndəlikərinin yerləşdiyi regionlara mütəmadi səfərlər etmək və ya digər işləri həyata keçirmək;
• AzərKreditin müştərilərə verdiyi kreditlər üzrə yaranmış gecikmələrin və problemlərin həlli məqsədilə məhkəmədən öncə, məhkəmədənkənar və məhkəmə qaydasında işin aparılmasını təmin etmək;
• AzərKreditin Horadiz, Bala Bəhmənli, Beyləqan, İmişli, Sabirabad, Saatlı, Zərdab filiallarında hüquqi işlərin gedişatını izləmək və işləri lazımı qaydada aparılması barədə müvafiq menecerlərlə işi koordinasiya etmək;
• Əmək funksiyalarına uyğun AzərKredit rəhbərliyinin və Departament Direktorunun digər tapşırıqlarını yerinə yetirmək
• Təşkilatın fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədə dair tələblər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Hüquqşünas vəzifəsindəən azı 2 illik iş təcrübəsi; 
• Mülki-prosessual hüquq sahəsində və ya kredit borclarının yığılması sahəsindəən azı 1 illik iş təcrübəsi;
• Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kredit və bank qanunvericiliyini əla bilmək;
• Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
• Təşkilatın missiyasına sadiqlik.
 
Maraqlı namizədlər ”AzərKredit”in iş üçün anket formasını dolduraraq e-mail (hr@azercredit.az) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.E-məktubunuzun mövzu hissəsində ‘Hüquqşünas (müvafiq filial)’’ göstərilməlidir.  İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

 E-ünvan: hr@azercredit.az  Fax: (+994 12) 597 30 39   www.azercredit.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275