VAKANSİYA

“Bank Avrasiya” işçi axtarır – VAKANSİYA
15 OKTYABR
2418

“Bank Avrasiya” işçi axtarır – VAKANSİYA

2016-10-15 21:00:00

“Bank Avrasiya” plastik kartlarla əməliyyatlar şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali iqtisadi təhsilli, xidmət sahəsində ən azı 3 il iş stajı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 24-dür.

Namizədlər dair tələblər:

- İqtisadiyyat üzrə ali təhsil

- Xidmət sahəsində ən azı 3 il iş stajı

- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək

- İngilis dilini yaxşı səviyyədə bilmək

- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı

- Korporativ davranış normalarını bilmək

- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

Vəzifə öhdəlikləri:

- Kartların buraxılış prosessinin icrası;

- Kart balansların yenilənməsi;

- Kart vasitəsi ilə aparılan əməliyyatlar üzrə klirinq faylları və hesabatların icrası, kart balansların yenilənməsi;

- Daxili hesabatların hazırlanması;

- Rəhbərliyə lazımi məlumatların hazırlayıb təhvil vermək.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı cv@bankavrasiya.az elektron ünvanına Subject/Mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272