VAKANSİYA

“Unibank” işçi axtarır – VAKANSİYA
08 OKTYABR
3191

“Unibank” işçi axtarır – VAKANSİYA

2016-10-08 22:00:00

“Unibank” Windows Administratorvəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli (informasiya texnologiyaları/kompyuter elmləri/telekomunikasiya sahəsində), müvafiq sahədə minimum 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 3-dür.

Başlıca öhdəliklər və məsuliyyətlər
 
• Mesajların mübadiləsi sisteminin idarə edilməsi və Exchange Server, Lync Server sistemlərinin işinin təşkil edilməsi.

Namizədin Profili
 
• Ali təhsil (informasiya texnologiyaları/kompyuter elmləri/telekomunikasiya sahəsində)
• Azərbaycan, Rus və İngilis dilləri üzrə biliklər 
• Məlumatların saxlanılması sistemlərinin (HP 3Par, HP EVA) işləmə prinsipləri üzrə biliklər
• Administrator səviyyəsində Windows Server ƏS idarə edilməsi üzrə iş təcrübəsi
• Active Directory, DNS, DHCP, WSUS və digər Windows Server ƏS serverlərinin idarə edilməsi üzrə iş təcrübəsi
• Hipervizorlarla işləmək üzrə iş təcrübəsi
• Fasiləsiz və arası kəsilmədən işləyən (24x7x365) sistemlərin layihələndirilməsi üzrə iş təcrübəsi
• İP-şəbəkələrin texnologiyalarını və əsas prinsiplərini anlamaq (kommutasiya, marşlutlaşdırma, protokol axımı TCP/İP, VLAN, NAT və digərləri) 
• Minimum 1 il iş təcrübəsi
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
• Məsuliyyətlilik
• Qeyd edilmiş sahələr üzrə lisenziyalı sertifikatların mövcudluğu müsbət qarşılanır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə cv@unibank.az elektron ünvanına göndərə bilərlər.Müraciət edilən vəzifənin adı email-ın mövzu hissəsində (Windows Administrator)göstərilməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275