VAKANSİYA

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA
05 OKTYABR
2796

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA

2016-10-05 22:00:00

FINCA Azerbaijan” kredit təşkilatı informasiya texnologiyaları departamenti üçün informasiya texnologiyalari üzrə infrastruktur administratoru vəzifəsinə işçi axtarışı elan edir. Fins.az-ın məlumatına görə, informasiya texnologiyalari üzrə infrastruktur administratoru təşkilat daxilində IT layihələrinin idarəedilməsi və onlara dair hesabatların verilməsinə, qanunların və texnologiyanın icra edilməsinə, və infrastruktur heyətinin işinin idarəedilməsinə məsuldur. İnformatika və ya mühəndislik sahəsində ali təhsilli, müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət oktyabr ayının 24-dür.

Əsas vəzifə öhdəlikləri:
 
• Bütün təşkilat üzrə serverlər, işçilərin desktopu/laptopu, şəbəkə infrastrukturu, səs avadanlıqları infrasturkturu, daxili şəbəkələr, əlavə avadanlıqlar, və elektrik naqilləri sistemi daxil olmaqla, elektron avadanlıqlar və proqram təminatı üzrə vəzifələri icra etmək;
• Xüsusi IT layihələri üçün biznesin və texniki tələblərin inkişaf etdirilməsinə rəhbərlik etmək;
• Funksional bölmələrdən təmin edilən məlumatlar əsasında “FINCA Azerbaijan” daxilində icra edilən bütün IT layihələrinin icrasının monitorinqini yerinə yetirmək;
• İnfrastruktur heyətini, nasazlıqların aradan qaldırılması işini və xidmətin keyfiyyətinin təmin edilməsini təmin etmək;
• İnfrastruktur, proqramlar məsələləri ilə bağlı yaranmış nasazlıqları aradan qaldırmaq, IT infrastrukturuna dair təhlillər yerinə yetirmək;
• Proqram təminatına dair lisenziyalaşdırma qanunlarına uyğunluğu təmin etmək.

Namizədə dair tələblər:

• İnformatika və ya Mühəndislik sahəsində Maqistr və ya Bakalavr dərəcəsi; 
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
• Microsoft və Cisco texnologiyaları sahəsində yüksək bilik;
• MS server məhsullarına dair yüksək bilik;
• Microsoft və ya Cisco bilikləri üzrə sertifikat arzuolunandır;
• Serverlər, yaddaşlar və şəbəkələr daxil olmaqla IT avadanlıqları infrastrukturuna dair yüksək bilik;
• Azərbaycan, İngilis və Rus dillərini həm yazılı, həm də şifahi olaraq səlis bilmək tələb edilir;
• Serverlər, yaddaşlar, səbəkələşmə kimi IT infrastrukturuna dair bilik üstünlük hesab edilir;
• ITIL biliyi üstünklük hesab edilir;

Müraciət etmək istəyənlər öz tərcümeyi-hallarını (CV) recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№074/16) qeyd etməklə göndərməlidirlər. Və yaxud bu ünvana göndərilməlidir:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə. 
Tel: (012) 596 33 858687;

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275