VAKANSİYA

“DəmirBank” işçi axtarır – VAKANSİYA
04 OKTYABR
1883

“DəmirBank” işçi axtarır – VAKANSİYA

2016-10-04 21:00:00

“DəmirBank” Bərdə filialı üzrə “Müştəri xidmətləri təmsilçisi” vəzifəsinə işəqəbul elan edirFins.az-ın məlumatına görə, ali və ya orta-ixtisas təhsilli, Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığı olan(Rus dili biliyi olmalıdır) namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 11-dir. 

Vəzifə öhdəlikləri:

– Filiala daxil olan müştərilərin salamlanması, suallarının cavablandırılması, bank məhsul və xidmətləri ilə bağlı ümumi məlumatın verilməsi və q-matik sisteminə yönləndirilməsi;
– Müştərilərə Q-matik, E-kassir, MilliÖn və Bankomatlardan istifadəsi zamanı köməklik göstərilməsi;
– Filiala daxil olan zənglərin cavablandıırlması, e-maillərin və məktubların qeydiyyata alınması, müvafiq istiqamətə yönləndirilməsi;
– Müştərilərin şikayət və təkliflərinin qəbul olunması və onların  SAP CRM sistemində yazılı qeydiyyatının aparılması və Filial müdirinə yönləndirilməsi;
– Ön ofis əməkdaşlarının elektron növbə sistemindən düzgün istifadəsinə Q-matik Operations Panel proqramı vasitəsi ilə nəzarət etmək və q-matik sistemində problem yarandığı halda növbəliliyin təmin olunmasının təmin edilməsi.

Namizədə qarşı tələblər:

– Ali və ya orta-ixtisas təhsilinin olması;
– Yüksək ünsiyyət qabiliyyətinin olması;
– Gülərüz, səbirli və mehriban olması;
– Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması (Rus dili biliyi üstünlükdür);
– Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
–Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
– Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və təzyiq altında işləmək bacarığının olması;
– Xanım namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştəri xidmətləri təmsilçisi – Bərdə filialı” şəklində göstərilməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274