VAKANSİYA

“Melissa Park” işçi axtarır – VAKANSİYA
01 OKTYABR
3939

“Melissa Park” işçi axtarır – VAKANSİYA

2016-10-01 21:00:00
Melissa Park” təmirə texniki nəzarət üzrə mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali memarlıq, inşaatçı-mühəndis təhsili alan, tikinti, təmir işlərində, texniki nəzarət və ya layihələndirmə sahəsində ən azı 5 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 30-dur.

İş barədə məlumat

- Texniki nəzarət üzrə mütəxəssis layihə çərçivəsində həyata keçirilən təmir-tikinti işlərinə nəzarət edəcək və təmir-tikinti işləri ilə əlaqədar məsələlərdə Layihənin İcra Qrupunun İnşaatçı mühəndisləri ilə sıx əməkdaşlıq edərək müvafiq tapşırıqları yerinə yetirəcəkdir. 
- Təmir-tikinti işlərinə gündəlik nəzarətin həyata keçirilməsi, işlərin və iddialara dair sənədlərin uçotunu aparmaq 
- Podratçıların yerinə yetirilmiş işlər üzrə təqdim etdikləri aktları qəbul etmək və nəzərdən keçirmək 
- Təmir-tikinti işlərinin gedişatı haqqında son məlumatları müntəzəm olaraq Rəhbərliyə təqdim etmək 
- Bütün təmir-tikinti işlərinə nəzarət etmək və işlərin keyfiyyətinin tələb olunan standartlara uyğunluğunu təmin etmək 
- İşlərin yoxlanılması və qəbul olunmasından sonra İnşaatçı mühəndisə aktların tərtib edilməsində köməklik göstərmək 
- Təmir-tikinti işlərinin müqavilədə göstərilən vaxt çərçivəsində başa çatdırılması üçün tələb olunan aşağıdakı tədbirləri həyata keçirmək. 
a)İş həcmini müəyyənləşdirmək. 
b)İş həcminə uyğun materialların və müxtəlif peşə sahibli ustaların işə cəlb olunması məsələlərini qaldırmaq. 
c)Təmir-tikinti işlərinə dair təqvim planının qrafikini qurmaq. 
d)İşin təsdiqlənmiş qrafikə uyğun aparılmasına ciddi nəzarət etmək. 
- Yerinə yetirilmiş və başa çatırdırılmış Təmir-tikinti işlərinin qəbulunu təşkil etmək 

Namizədə dair tələblər

- Təhsili Ali Memarlıq, inşaatçı-mühəndis (arzuolunandı) 
- Tikinti, təmir işlərində, texniki nəzarət və ya layihələndirmə sahəsində ən azı 5 il iş təcrübəsi 
- Azərbaycan və rus dillərini bilmək

Maraqlananlar xasiyyətnamə və rəy verə biləcək təşkilat və ya təşkilat rəhbəri haqqında məlumat qeyd edilməklə (adı, vəzifəsi, əlaqə telefonu və ya e-mail) azərbaycan və ya ingilis dillərində tərcümeyi-hallarını (CV)
hr@melissapark.az elektron ünvana göndərməlidirlər 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272