VAKANSİYA

“İcbari Sığorta Bürosu” işçi axtarır – VAKANSİYA
30 SENTYABR
2267

“İcbari Sığorta Bürosu” işçi axtarır – VAKANSİYA

2016-09-30 21:00:00

İcbari Sığorta Bürosu İT layihələr üzrə menecer köməkçisi vəzifəsinə işçaxtarır. Fins.azməlumatına görə, ali təhsilli (tətbiqi riyaziyyat, informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir), Azərbaycan və Rus dilləri - yüksəksəviyyədə, Ingilis dili - texniki sənədlər ioxumaqvə yazmaq səviyyəsində bilən namizədləvakansiyailə bağlı müraciəedə bilərlərİşlə bağlı son müraciətarixi oktyabr ayını26-dır. 

 Namizədə dair tələblər:

• Ali təhsil (tətbiqi riyaziyyat, informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
• Dil bilikləri: Azərbaycan və Rus dilləri - yüksək səviyyədə, Ingilis dili - texniki sənədləri oxumaq və yazmaq səviyyəsində
• Biznes proseslərin idarə edilməsi haqqında biliklər
• Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Fərdi və komanda ilə işləmək qabiliyyəti.

İşin təsviri:

• İT layihələrin təhlili,  işlənib hazırlanması, proqram təminatına dair tələblərinin müəyyən edilməsi, sənədləşdirilməsi;
• Məhsulun hazırlanması üçün əvvəlcədən hazırlanmış sənədlər əsasında biznes proseslərinin proqramçılara izah edilməsi və məhsulun tələblərə uyğun hazırlanmasının yoxlanılması
• İnformasiya sistemlərinə dair prosedurların hazırlanmasında iştirak, proseslərin xəritəsinin hazırlanması, çatışmazlıqların təhlili, təhlil nəticəsində tələblərin müəyyənləşdirilməsi; 
• Hesabatların, statistik məlumatların hazırlanması, verilənlərin analizi
• Biznes proseslərin avtomatlaşdırılmasının təhlili, modelləşdirilməsi
• Daxil olan sorğuların, məktubların təhlili və cavablandırılması; 
• Və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini kabbasova@isb.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272