VAKANSİYA

“Azərsun Holding” işçi axtarır – VAKANSİYA
29 SENTYABR
2280

“Azərsun Holding” işçi axtarır – VAKANSİYA

2016-09-29 22:00:00

Azərsun Holding”  prosesə nəzarət inspektoru vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, Qida mühəndisliyi, Kimya texnologiyası və ya Sənaye mühəndisliyi ixtisasları üzrə ali təhsilli, fizika və kimya sahəsi üzrə nəzəri bilikləri yaxşı səviyyədə olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 29-dur.

İş haqqında məlumat

• Müəssisədəki texnoloji proses və məhsul nəzarətinin aparılması, 
• Texnoloji proses, parametr, ölçü cihazları, təmir, montaj işlərinə nəzarətin aparılması, 
• İstehsalat hesabatlarının hazırlanması.

Tələblər

• Qida mühəndisliyi, Kimya texnologiyası və ya Sənaye mühəndisliyi ixtisasları üzrə ali təhsil; 
• Fizika və kimya sahəsi üzrə nəzəri biliklərin yaxşı səviyyədə olması; 
• Ölkədaxili səyahətlərdə və növbəli iş rejimində işləyə bilməsi; 
• MS Office proqramlarında sərbəst işləmək bacarığı olması. 
• İngilis və rus dilini bilənlərə üstünlük verilir.

İş şərtləri

Növbəli iş qrafiki

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Prosesə Nəzarət İnspektoru”) qeyd olunmalıdır) göndərə bilərlər və yawww.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270