VAKANSİYA

“DəmirBank” işçi axtarır – VAKANSİYA
29 SENTYABR
1090

“DəmirBank” işçi axtarır – VAKANSİYA

2016-09-29 21:00:00

“DəmirBank” Gəncə filialı üzrə Müştəri xidmətləri təmsilçisi vəzifəsinə işəqəbul elan edir.Fins.az-ın məlumatına görə, ali və ya orta-ixtisas təhsilli, Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığı olan(Rus dili biliyi olmalıdır) namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 7-dir.
 

Vəzifə öhdəlikləri:

– Filiala daxil olan müştərilərin salamlanması, suallarının cavablandırılması, bank məhsul və xidmətləri ilə bağlı ümumi məlumatın verilməsi və q-matik sisteminə yönləndirilməsi;
– Müştərilərə Q-matik, E-kassir, MilliÖn və Bankomatlardan istifadəsi zamanı köməklik göstərilməsi;

– Filiala daxil olan zənglərin cavablandıırlması, e-maillərin və məktubların qeydiyyata alınması, müvafiq istiqamətə yönləndirilməsi;

– Müştərilərin şikayət və təkliflərinin qəbul olunması və onların  SAP CRM sistemində yazılı qeydiyyatının aparılması və Filial müdirinə yönləndirilməsi;

– Ön ofis əməkdaşlarının elektron növbə sistemindən düzgün istifadəsinə Q-matik Operations Panel proqramı vasitəsi ilə nəzarət etmək və q-matik sistemində problem yarandığı halda növbəliliyin təmin edilməsi.

Namizədə dair tələblər:

– Ali və ya orta-ixtisas təhsilinin olması;
– Yüksək ünsiyyət qabiliyyətinin olması;

– Gülərüz, səbirli və mehriban olması;

– Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması (Rus dili biliyi olmalıdır);

– Telefon ünsiyyətinin yüksək səviyyədə olması;

– Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;

– Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və  təzyiq altında işləmək bacarığının olması;

– Xanım namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edilən vəzifənin adı email-in mövzu hissəsində “Müştəri xidmətləri təmsilçisi – Gəncə filialı” şəklində göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270