VAKANSİYA

“İcbari Sığorta Bürosu” işçi axtarır – VAKANSİYA
28 SENTYABR
910

“İcbari Sığorta Bürosu” işçi axtarır – VAKANSİYA

2016-09-28 21:00:00

İcbari Sığorta Bürosu”  hüquqi təminat və inzibati işlər şöbəsinin böyük mütəxəssisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali hüquq təhsilli, hüquqşünaslıq ixtisası üzrə azı 2 (iki) illik iş stajı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 6-dır. 

Vəzifəyə dair tələblər:

 Ali hüquq təhsili
– Hüquqşünaslıq ixtisası üzrə azı 2 (iki) illik iş stajı 
 Azərbaycan, Rus, İngilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti;
 Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının  Mülki-Prosessual Məcəlləsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının qanunlarını bilməli;
– Kompüterdən ümumi istifadə qaydalarını bilməli, MS Office proqramlarının istifadəsi ilə bağlı ümumi vərdişlərə malik olmalı;
 Komandada işləmək bacarığı və təzyiq şəraitində işləmək qabiliyyəti, məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalı.
İşin təsviri:
– Qanunların və digər normativ-hüquqi aktların, normativ xarakterli aktların, o cümlədən onlara edilmiş əlavə və dəyişikliklərin sistemləşdirilməsi;
Sənədlərin hüquqi ekspertizasının aparılması;
 Büronun məhkəmədə və hüquqi məsələlərlə bağlı digər təşkilatlarda təmsil edilməsi;
 hüquqi sənədlərin qanunun tələblərinə uyğun tərtib edilməsinə və tamlığına nəzarət;
– Büroya daxil olmuş qanun və qərar layihələrinin öyrənilməsi və bu layihələrlə əlaqədar rəy və təkliflər hazırlanması;
– Daxil olan sorğuların, məktubların təhlili və cavablandırılması;
 cari qanunvericilik haqqında məsləhətlər və başqa hüquqi məsələlərə rəy verilməsi;
 İcbari sığorta növləri üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verilməsi, icbari sığorta sahəsində münasibətləri tənzimləyən normativ aktların və metodik tövsiyələrin layihələrinin hazırlanması;
– müşavirə, seminar və digər tədbirlərin protokollarının aparılması;
 işçilərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı işlərin icrası;
 Büroda kargüzarlıq işinin aparılmasında iştirak;
 Və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini nhuseynova@isb.az ünvanına göndərə bilərlər.(CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275